azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

tuncer ali - insomnia lyrics

Loading...

getmə! tələsdiyin yollarda qalmışam
kitabımdakı hər cümləni dalğalardan aldılar
sahil ölürdü, qadın gülürdü dərd ölümdü
açıldı pərdələr səhnələrdə ölüm görüldü
son gəmini de ötürdüm mən ay şəfəqini hörürdü
tuta bilmədim əlimdə dalğalar xəzərə töküldü
gözlərindən öpürdü gül camalının həsrəti
bakımın gözü yolda qaldı bir külək də əsmədi
tanrı var edirdi dərdi vərdişiydi gəldi
ağlayaraq kəsməliydi dərviş indi əlini
sağ biləydə ağrılar və tək dirəyini aldılar
məsafələr gündən günə ləkə olurdu alnına
bir cüt gözün ağırlığı yük olmuşdu boynuna
o gecə qız qalasında bir şahzadəni vurdular
sahibsiz gəmilərtək mərhəmət axtarırdı
səhifələrlə ağlayırdı əldə qələm qalırdı

insomnia.. tozlu kitab lənəti
yuxusuz gecələrdə ən az tanrı qədər xəlvətik..
insomnia.. şeirin yox çarəsi
şeirləşmədən ölənlərin kirli ifadəsi…

kitabım bağlanır ged ama qaytar yuxularımı
burda günah men olsam da günahkar yuxulardı
hansı ayə çox gördü, hansı surə apardı
dəniz kitaba ağlasaydı gözün arxada qalardı
sənin məqsədin ayrıydı bulud qədər hündür
bircə an dayandı, eyni anda yandı söndü
yuxu tutmur ağlayıb yazırdı on üç gündü
yaşıl gözləri bağlandı okeanları böldü
saçlarında gül ətri, o ağlamağına gülərdi
ən təmiz hisslərə qurban verdi kirli ürəyini
altı dəftərə satmışdı dəlixanadakı yarını
dodağındakı sonsuzluq qəlbin intiharıdı
addımlar.. mənsiz addımla
yuxum qaçanda gedmişdin, inan ki haqqın var
qaranlıq bir otaq sərvətimdi dumanı ətirdi
şeir meydanı tərk etdi yuxusuzluq gətirdi

insomnia.. tozlu kitab lənəti
yuxusuz gecələrdə ən az tanrı qədər xəlvətik..
insomnia.. şeirin yox çarəsi
şeirləşmədən ölənlərin kirli ifadəsi…

bu mahnı itaetine ibadetimin ehtiramı
bunu iltifat anlamaq etiraflarıma iftiradı
ən kirli dənizlərin ən təmiz guşəsində yatan
kimsəsizliyin imzası tanrının ixtirası
əldə boş qədəhlər ölən duyğularına şahiddi
sevginin sultanı öldürmüşdü zaman kahinini
nifret edib geri qayıdır gücü çatmır “dahi” deyir
son nəfəsimi eks etdirmeye yetmez altı şeir
hansı ölüm daha təmizdi bunu da ölüb seçmişdi
səhərə qədər içmişdi xatırlayıb keçmişni
tütün qədər səmimiydi torpağsız qəbrində
dilsiz bir şair səni sevə bilərdi hər dildə
ağlayırdı hər yatağda bədənindəki izlərlə
o izlərlə mümkün idi arzularını gizlətmək
tarix pərdəsi açıldı okeanlar qaçırdı
yalan qoxan ətri şairin tək ehtiyacıydı



Random Lyrics

HOT LYRICS

Loading...