tuncer ali - sayə lyrics
bu intihar deyil, səbəblərin bitdiyi andı
son tanrının hüzurunda ədalətin divanı
şəlalə saçlardan ölümə axmaq.. bu dramdı
sonra “sən dəlisən” deyib gedir bilirəm haqqı vardı!
bəsdi! bir gecə qalsaydı yanımda
bu şəhər görsə nifrətimi küləkləri də tanınmaz
altı gecəm bitdi adınla, çiynimdə qanın var
çiyinlərini keçib sonda xəyalınla sarılmaq
mənzərə bitdi kəndirləri topla əlimdən al
bağla qapıları, bir gecəlik daha dərində qal
sevgi adına ucaldılan şeir nifrətimlə yar
qollarımda günəş doğur, mənim həsrətimdə qar..
qədəhlərimdə ölü balıqlar gözündə okeanlar
hicrət içində atəşlə dedi ki; “bu qədər çox yanma!”
məbədimdə hər bətndən ən dərində əllərinlə
dərdə illəri qurban verib yazardı gəlməyindən
insan anlamadı..
öncə səni bahardan alır sonra içini yar qanadır
sonda xəyallar qaralır, gələciyimiz dalda qalır
bir neçə məktubla o gecə saçlarını külək daradı
gözlərində inqilabım, asıldı sərkərdələr
külək rəqsinə qurban seçirdi qanlı pərdələr
naley#i ahın dağıtdı o gün şəhr#i xəyalı
sənlə göz#gözə gəlməyim cənnətə qalmaqaldı
qan gölündə məmləkətim ömr sürdü öldürüb
gözyaşınla durdu zaman, axirətimi döndürün
verilmiş hər sözün arxasında bir diyar qalır
öpüldü əllər aldı gözlərdən intiharları!
qədəm qoydu ərşə hüzurum, ibrətdi varlığa
onla gedən son sevincimi sənlə qaytardılar
sən hər şeyini itirmiş adamın qanlı körpəliyi
ən gözəl diyarlara ibrətdi üzün.. (görmədiyim)
ailə həsrəti, sahib olmağın hər zərrəsi
gözləri keçdim yetər ki nifrətə söz dəyməsin
ölümə fəda illərim, fəda#i eşqi dinlədim
yaradılışın sirrinə sahibdi kəsdi dilləri
barmaq uclarında surələrlə çatdı tanrıya
qaranlıq bir otaq qırmızı gözlər və ağrılar
axdı səsimlə gözyaşları, gətirdi baharı
inanclarımı var edirdi yarə günah diyarı
bir neçə yerdə səs yüksəlir və sonra qan tökülür
sahillərdən geriyə apardı o gün dərd yükünü
əl bükülür, görmür gözlər və sonda cəsarət
eşq#i cinayətlə gözləri yollarda bir afət
sıxıldı yumruq, gözündə kirli baxışlarla sonda
bir də anlamışdı dərdə cəfa vermək olmaz
dumanla kül eyni rəqsi paylaşaraq dağıldı
bir dilənçi gülümsədi, hökmdarlar asıldı
o gün əhdi pozub səltənətlərə üz çevirdi
adında əllərindən izlərlə ölümə gedirdim
şəhidlərimi görmədi cənnət, hamısı qəlbimdədi
bayraq ucaldıqca nəfsin iblisə təlkinləri
təkliyin tək allaha məxsus olduğunu deyənlər aldadıb səni
təklik eqşə məxsus
yalnızlıq qorxusuyla dolaşdın şəhərləri
sonuncu səhifəm adınla basdırdı kədərləri..
Random Lyrics
- newtown neurotics (official) - wake up! lyrics
- nigga - como hago lyrics
- roy shiels - brave lyrics
- the murar - всё не ради $$ (all is not for the money) lyrics
- hans dorrestijn - dorrestijn's huwelijkslied 1 & 2 lyrics
- abdr. - на части (into parts) lyrics
- jokrates - ikaros lyrics
- jacksxn - fell in love lyrics
- mc caverinha - tudo bem* (prévia) lyrics
- bw - david lyrics