tünzalə - sən getdin lyrics
sən getdin lyrics
[bənd 1]
sən mənim yazıma birinci yağış
sən mənim qışıma sonuncu qardın
o, mənim qəlbimdə ünvan tapmamış
pərişan bir eşqi hara apardın?
sən getdin, təbiət bir səs itirdi
bir sevgi dastanı qaldı yarımçıq
bir ulduz əbədi buluda girdi
bir çiçək göyərib soldu yarımçıq
[nəqərat]
son dəfə dinlədim ayaq səsini
qəlbimdə bir tufan qopdu dərindən
sən getdin, elə bil yer kürəsini
ayırdın bir anlıq öz mehvərindən
[bənd 2]
sən getdin, son həsrət eşqi gözündən
qəlbimə axmadı, axmadı sözlə
bəlkə oğurlayıb səni özümdən
sənə qaytarırdım bu ayrılıqla?
[nəqərat]
son dəfə dinlədim ayaq səsini
qəlbimdə bir tufan qopdu dərindən
sən getdin, elə bil yer kürəsini
ayırdın bir anlıq öz mehvərindən
son dəfə dinlədim ayaq səsini
qəlbimdə bir tufan qopdu dərindən
sən getdin, elə bil yer kürəsini
ayırdın bir anlıq öz mehvərindən
Random Lyrics
- charlie void - snort it (ft. lindsay lohan) lyrics
- mboss - thug lyrics
- chaos - remember me lyrics
- lilium - mama bird lyrics
- moussaa - on sait lyrics
- luvvjordan - crazy in love lyrics
- 堂村璃羽 (riu domura) - rpg lyrics
- on the outside & sophia scott - all i want for christmas is you lyrics
- all fires - make an entrance lyrics
- ndx - spbn 2 lyrics