
tural davutlu - yağış yağır lyrics
bənd
yağış yağır yenə düşdün yadıma
ayrılığın ürəyimə toxunur
soyuğ otağ bədənimi titrədir
nəğmələrim ayrılığdan oxunur
bənd
köhnə daxma birdə köhnə əşyalar
divarda köhnəlmiş saatın səsi
köhnə günlərimə qaytarır məni
köhnə sözlərimin yeni nəğməsi
bənd
köhnə pəncərəyə nəfəs üfürüb
qəmli qəmli adımızı yazıram
qəlbimdə yazılan sənin adını
gözlərimin yaşları ilə pozuram
nəqarət
yağış yağır yenə düşdün yadıma
ayrılığın ürəyimə toxunur
soyuğ otağ bədənimi titrədir
nəğmələrim ayrılığdan oxunur
bənd
gərək məni öyrətməzdin özünə
gərək bir az acı rəftar edərdin
heç olmasa sındırdığın ürəyin
halallığın alıb sonra gedərdin
bənd
ağlıma gəlməzdi inanmazdım ki
dərdin özü ilə dərd böləcəm bir gün
bilirəm ki sənsiz köhnə daxmada
köhnə insan olub öləcəm bir gün
nəqarət
yağış yağır yenə düşdün yadıma
ayrılığın ürəyimə toxunur
soyuğ otağ bədənimi titrədir
nəğmələrim ayrılığdan oxunur
Random Lyrics
- rio da yung og - rio free lyrics
- aaron kronis - i remember when lyrics
- john faser - cosa restituì il diluvio (e cosa si portò via) lyrics
- angela leiva - quién eres tu (re-versionado) lyrics
- anton westerlin & benny jamz - bag gardinerne (ku' dansen) lyrics
- derald cannon jr. - in spite of you lyrics
- heron - minstrel and a king lyrics
- the spits (band) - out of time lyrics
- ynkeumalice - gun smoke lyrics
- z.mass - drill 22 lyrics