uran - bir azərbaycandır! lyrics
[nəqərat]
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
[bənd 1]
adam var, sevib tərifləyir
adam var, sevib tənqid edir
adam var, baxıb dəb xatirinə olanı təlqid edir
psevdo patriot var, adam var, cırır özünü
adam var, səmimi olmayan əməllə qırır özünü
adam var, bayrağı bayraq xatirinə alıb ruhu batil olan insan
səni sənin silahınla öldürmək istəyən qatil
adam var, sən onu sıxıb əlindən hər şeyi almısan
adam var, sən onun yadında belə kimsəsiz qalmısan
səni tərk edənlər var və vardır qovuşanlar
var mübarizlərin, var gizli+gizli danışanlar
var satqınlar, var xaincəsinə verilən vədlər
vardır yaxşı gününü bilib pis gününə bələdlər
var sənə layiq olmayan fərdlər, var daha mərdlər
vardır unudulmaz günlərin, var çəkilən dərdlər
var zatına tüpürüb sənin dabanını öpən
kimə nə olsan da, mənə doğmasan ölkəm!
bilirəm səni sevməyi təşviqat bilənlər
nə təşviqat?! təşqivat edilməz uğrunda ölənlər
xətrinə dəyənlər, passivistəm amma qəsdən
qəsdinə cəhd edənlərə qarşı qəddaram, dözülməzəm
ətini yesəmdə sümüyün oturub onurğa sütunuma
südün qarışıb unuma, dözmərəm süqutuna
cümlənin sübutunu boyayan damarda qandır
sətrimdə deyilən hər kəlimə bir azərbaycandır!
[nəqərat]
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
[bənd 2]
qoca insandır, ona dinclik, qeydinə qalmaq lazım
balaca uşaq, ona tərbiyə, savad, geyimini almaq lazım
böyük ailədir, cəmiyyətin yeri, özəyi sayılır
və ölkə, o da sən, xalqın bəbəyi sayılırsan
sənin ruhun var, buna əminəm, daşda, kəsəkdə
tozunda, torpağında var, yaşayır məsləkdə
yaşadır o ruhu qucağında böyüyən övladlar
kəssə də cəlladlar, tarixdən silinməz adlar
doğularkən vətəni seçmirsən, deyil bağlı iradələr
qazanmadığınla fəxr etməyin mənası nə?!
adı özün seçmirsən, ismini verirlər sənə
yaza bilmədiyinlə fəxr etməyin mənası nə?
vətəndaş, boş hərf doldurmaz boşluqları xoş
boşluqları doldurmaq əvəzi niyə danışmalı boş?
əməlinlə tanın, ölkəni evin, kölgəli geyim say
səbəblərini deyim, say, deyim bu saat diri misal
birincisi, bu yer planetində ilk dəfə endiyin yer
insan kimi bu cəmiyyətdə ilk dəfə göründüyün yer
ikincisi, bunu seçmirsən, məsələdə özəl məqam
bunun daxili şirinliyi var, görünür gözəl məqam
əlində isti, ürəkdə vurur küləkli nəbz
qərəz mövqeyim olmaz sənə qarşı
sən əvəzsiz dostumsan, uzaqda olsaq da, bağlıyam olmağına
hələ odlar ölkəsində… olmağıma var (hey)
[nəqərat]
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
ovçu asta dolan, gəz
günah etmə, amandır
burda hər gözəllik bir azərbaycandır
(bir azərbaycandır!)
Random Lyrics
- бредишь (bredish) - в ахуе (in shock) lyrics
- lorenzo - catastrophe (4/4) lyrics
- ivan o'ryan - high society lyrics
- syntaxes - born again lyrics
- jbee & dante yn - 24's (german remix) lyrics
- kaysoneverlose - gettin’ tricky lyrics
- real humans - inhumanism lyrics
- madbeez - thằng bé điên rồ lyrics
- yasei - grands hivers blancs lyrics
- annie villeneuve - l'insomnie lyrics