azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran - bu replə qayıtdım lyrics

Loading...

[bənd 1: cherep]
bizim “anbar” dəyərlərini çökdürə bilmədi dolların məzənnəsi
çünki sidq qəlbləri bulandırır yaşıl kağız fəlsəfəsi
klassik “n.w.a.” sound
bizim pəncərələrdən sönmür

dostum, saxla yadında
əsl istedad heç zaman acından ölmür
qardaşıma, oğluma sonsuz sevgi
“göylər hər zaman tərəfimdədir” adlı dəli əminlik hissi
gölməçələrin əksində hirsli körpü tıxacları
fikir, əsəb və müqayisə təhlili o vaxtların
bakı haqqında uşaqlıq nağıllarım

köhnə “montin” uşaqları + indi birlik ölkələrinin vətəndaşları
yasamal “brodyaqaları”, tikinti sahibkarları
köhnə boksçular da tikir neft+qaz terminalını

[nəqərat: uran]
ey həyat, sənin burulğanın bizi atır uzağa
xatirələr şirin, izləri dərin həmin uşağam
sağlıq olsun, görüşüb bölüşərik, yaman darıxdım
aradakı məsafələr boş şey
bu replə sanki qayıtdım o günlərə!

[bənd 2: uran]
o vaxtlar ayrı idi + ayrı təəssürat, ayrı anlar
sözsüz, həmin saniyələri yanımda olanlar anlar
yanımda olanlar demişkən, haradasız uşaqlar?
rep hava limanında sərnişinsiz bizim uçaqlar

aramızda yad ölkədə olan var, ailə quran var
vaxtikən başını daz edib “anbar”ı uyduranlar
ailə qurub yad ölkədə olanlardan biri özüməm
həyat badalağına orta barmaq göstərib dözürəm
əslində, o vaxtlar daha çətin idi indikinə nisbətdə
lakin deyə bilərikmi dəyişiklik mənfi, ya müsbətdir?
qismətdir, həyat səpələsə də əsas şərəf, ismətdir
məsuliyyət artıb indi, bəzən mühit soyuq xislətli

hiss etdirmir üzümüzdəki qırışları çərxi+fələk
yazır gah sağ çiyindəki, gah sol çiyindəki mələk
bələkdən kəfənə kimi öyrən, səhvlər dərsə çönür
geriyə baxmayana da arxadan zərbə dəysə, çönür

birimiz hərbi formada durub ölkənin keşiyində
ki, yatsın övladlar asayişdə doğma beşiyində
zabit mundirində, cibində son yazdığı rep+mətn
hərbi hissədə silahlı xidmət, mülkidə rep və tin

itirmək vaxtımız deyil, həyat bizi edir müdrik
qazandıqlarımızı qoruyaq, artıq “otuzları” gedirik
üzünüzü görməsəm aylarla, qarışsa da başım
bilirəm haradasa var məni düşünən qardaşım

[nəqərat: uran]
ey həyat, sənin burulğanın bizi atır uzağa
xatirələr şirin, izləri dərin həmin uşağam
sağlıq olsun, görüşüb bölüşərik, yaman darıxdım
aradakı məsafələr boş şey
bu replə sanki qayıtdım o günlərə!



Random Lyrics

HOT LYRICS

Loading...