azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran - olu sevgi lyrics

Loading...

ölü sevgi

#1
boş park, xəzan, yarpaq, payız, nəm torpaq
gəl keçmişə baxaq, axtaraq qəm tapaq
otaq işıqsız, ürəyim salxaq
sonuncu mərtəbədəki palataya qalxaq
burada ruhlar ayrılar biri-birindən
burada dəftərlər dilə gələr sevgilərindən
zaman müdrik. o tutar yas. ona xas
ölü məhəbbət, qara rəngli ehtiras
can verər sevgi isti şüalarla
sağollaşar suallarla. sən dualarla
mən soyuq divarlarla axtararam saatlarla
səmaya doğru yolu. yağar dolu
boğar büllur damcılar, fələk sancılar
həsrət qan içər, həsrət qamçılar
son görüş
soyuq dodaqlarımı isidən, hisslərimi hiss edən son öpüş

(nəqarət x2)

ölü sevgi dirilərmi? – inanmıram
ağlayar, deyər, gülərmi? – inanmıram
“qəlbimin harayı”dır onun yaddaşı
son sətirlər isə vida və baş daşı

#2
dənizdə tufan olarkən
ləpələr buludlarla toqquşarkən. mən onlardan səni soruşarkən
nə biləydim biz qovuşarkən
ayrılmalı olacağıq çox erkən
necə unudum həyatımı – həyatım idin
sən mənim gizlətdiyim mənəviyyatım idin
indi isə sətirlər ağlayar mürəkkəblə
niyə məhz mən?! səninləyəm, hansı səbəblə?!
gözəllik ilahəm, axı niyə soyudun?
məhəbbət şərabından xumarlandın, doydun
səhrada məni tək qoydun. qum dənəciklər…
deyəsən şərqdə bir də günəşi görməyəcəklər
son dəfə saçlarına toxundum, əlim yandı
nəzərlərim nəzərlərinlə toqquşdu, dayandı
mən soyuq, sən qürurlu. görüş. vida
səmadakı ulduzuma dedim əlvida

(nəqarət x2)

ölü sevgi dirilərmi? – inanmıram
ağlayar, deyər, gülərmi? – inanmıram
“qəlbimin harayı”dır onun yaddaşı
son sətirlər isə vida və baş daşı

#3
yox ol! yağışsan yağ, buludsan ağla!
çaysan? daş, sel ol! yolları bağla!
artıq heç bir bağla, iplə bağlanmaz könüllər
eşq ölərkən ulduzlar sönürlər
ağlayır gitara, notlar qəmgin
yağışsız səhralarmı sənin sevgin?
karvanlar zəngin, yollarsa yorucu
küləklər mələklərin nəfəs borcu
olmayaq bu dünyada hər ikimiz
zaman uzun cığır, ayrılıq səkimiz
tərk edirik biz bu kainatı
artıq itib çox şeyin etalon, qarantı!
açaq düyünlənmiş bantı
nöqtəni qoyaq şans vermədən, düşünmədən heç!
gəl keç! xatirələr bir mirasdır
al, onları da bük kağıza, at məzara, basdır!

(nəqarət x2)

ölü sevgi dirilərmi? – inanmıram
ağlayar, deyər, gülərmi? – inanmıram
“qəlbimin harayı”dır onun yaddaşı
son sətirlər isə vida və baş daşı



Random Lyrics

HOT LYRICS

Loading...