uran - sadə qız lyrics
[skit]
bu repin sözlərinə diqqətlə qulaq asın
[bənd 1]
dayanacaqda dayandı avtobus, mindi bir qız sadə bir qız
sifəti kosmetikasız
dodaqları pomadasız
əlində balaca çanta
ot+rdu qıraqda, sakitcə, tək, yalnız
arsız baxışları önündəki oğlanın
mənasız söz atışları önündəki oğlanın
onu heç cürə fikirlərindən ayırmır (yox)
o mənliyin sındırmır, (yox) mənəviyyatin ipin qırmır
gözləri verir daxili aləmindən
balaca soraq, anlaşılmaz maraq
o içində ağlayaraq kədərin gizlədir
amma qızarmış gözləri, yanaqları çox şeyi büruzə verir
sanki qizin əvəzinə deyir, necə o içini yeyir
özün hiss edir tənha, geyiminə fikir verə bilmir
çünki geyim indi çox baha
rəfiqələri onu müasir hesab etmir daha
köhnə ayaqqabılarının sökülmüş yerlərin örtür
kurtkasının vaxtı keçib, dəri çox kələ kötür
ötüb keçir yanından bahalı geyimli qızlar
sadə qız susar, danışmaz, zərif qəlbi sızlar
onun ailə vəziyyətini yoxdur bilən
atasız böyüyən qız hərdən
deyən+gülən tanışlarına qarışmaq istəyir
irəli addımlamaq, öz bədbəxt talehi ilə barışmaq istəyir
[nəqarət]
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir mane olmayın
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir mane olmayın
[bənd 2]
qızın yadından çıxmır 14 fevral
rəfiqələri alır al qızılgül, öz oğlanları ilə görüşür
neçəsi şəhərdə, yazıq sadəlövh qız isə oturub
həmişəki kimi tək+tənha evdə
vərəqləri əzilmiş xatirə dəftərinə baxır
ürək sözləri – zarafat, etiraf, sevgi haqda fikir
bütün bunlar onu sıxır
daxili ehtiyac, maddi ehtiyac fikirlərini yıxır
hər gecə xəyallarında canlandırır bir oğlan
hansı ki, onun dərdinə yanan, kefini alan
əlini çiyninə qoyan, saçlarını sığallayan
təntənəli gecədə sadə qızla bal rəqsi oynayan
atlı cəngavər oğlan + qızın əlvan xəyalları
o bəzən başa düşmür bunları
başa düşmür niyə oğlanlar ona tərəf baxmır?
o gözəl dəyil? yox! onda süni gözəlliyə yox meyil!
onun sadəliyi, ürəyinin təmizliyi
sanki buna görə onu qəyri+adi hadisələr izləyir
institutdan çıxıb evə dönərkən
qarşısında bir uşaq dilənərkən o 500 manat verəcək
fikirləşmir ki, evə piyada gedəcək
fikirləşmir + evə gec çatıb anasına nə deyəcək
fikirləşmir + tələbə yoldaşları onu görüb güləcək
fikirləşir + cırıq paltarlı uşaq bu gün nə yeyəcək?
[nəqarət]
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir manе olmayın
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir mane olmayın
[bənd 3]
qayıdağın avtobusa. qızın göz yaşlarının səbəbini axtaraq
onun balaca əl çantasına baxaq
daraq, qələm, dəftər, 2+3 min pul, vəsiqə
gözləri dolmuş qız nə düşünür bu dəqiqə?
əlində çantadan çıxardığı bir vərəqə
bəlkə sevgi məktubudur? uyğun deyil məntiqə
o baxır kağıza. bəlkə nəsə xoş xəbərdir?
bеlə təsir edir bu uşaq qəlbli sadə qıza
əslindəsə əlində tutduğu kağız bir elandır
bara “ofisiantka” lazım axşam 10+dan sonra. yalandır!
qız düşünür: anası xəstə qadın təqaüdçü, evdə qalandır
kasıbçılıq çox yamandır!
getsinmi bu işə pula görə? güzəran çətin
ürəyində mübarizəsi gedir pozğunluqla mərifətin
həkimin, dərmanın, geyimin, evin pulu, borclar
qalar ailənin üzərində, vəziyyət daha pis olar
hirsindən ağlayır qız, namus onu boğur
işsizlik, zəmanə + qara fikirlər doğur
avtobus durur. qız düşür, evə tərəf dönür
maşın uzaqlaşır. sadə qız gözdən itib sönür
[nəqarət]
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir mane olmayın
sadə bir qız ürəyi saf təmiz
həyatında yoxdur insafdan iz
uşaq qəlblidir, ona toxunmayın!
o öz aləmindədir mane olmayın
sadə bir qız… onun ailə vəziyytətini yoxdur bilən
sadə bir qız… qızın yadından çıxmır 14 fevral
Random Lyrics
- ltthemonk - devante (in your hands) lyrics
- booker & naked mad god - колёса (wheels) lyrics
- yemi alafifuni - hope alive lyrics
- tele novella - crystal witch lyrics
- florence - fantasia 2000 lyrics
- the parasites - the next time lyrics
- quang đăng trần - phiến lá tĩnh lặng lyrics
- daniil yun - ожерелье lyrics
- 4s4ki - alice lyrics
- young policja - bardzo tensknie za tobom.... lyrics