azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

uran - vətəndaşa mesaj lyrics

Loading...

[giriş]
vətəndaş!
həri. yaxın gəl, yaxın gəl, yaxın gəl
yaxın gəl, yaxın otur! hə!
yaxın gəl, yaxın otur!
söylə!

[bənd 1]
söylə görüm, sən yaşayansan ya sürünən?
şəxsi fikrə sahib, yoxsa sürünürsən, sürünən?
wikipedia səninçün əsas media?
bil ki, orada belə şeydi a, istəyən edir qeydiyyat!
kremlin sürtdüyü kremi yalama
yüz faiz altda ayrı zaddır, üstü tortdur yalandan
guya avropa zordur bunlardan? qarabağı xatırla
bizim azadlıq savaşımıza işğal deyən “qatıq”lar

siyasət girməyən kol yoxdur, ayrı yol yoxdur
sındırasan baş gərək
çün beyini yumaqçün düşünə bilməyən vətəndaş gərək
bu oyunda baş kələyi düz sual çıxarır aşkara
atıb ox şikara

kimin əli ağ, işi qara
gülür; dişi qan, ölür nəşi qara
silahlı kişi əvəzi kitab oxuyan beşi qalır
işğalçının gicgahında deşik olur
qurd+quşa yem əvəzi leşi qalır

eşit bala, belədə ayı sevir balı, fəqət
ət yeməyə edir hərəkət. dur fərəqət!
bur vərəqi, vur başına milçəyin
çıxarıbsa propoqanda maşını öz dilçəyin!

mənşəyin öyrən oxuduğunun
necə mənbəyin təyin edirsən pis qoxunun
diplomatik dildə sətiraltı toxunur
o da həmişə oxunmur və mesaj çatmır çoxuna
gördüyünü çox da buraxma yaxına!
bir əmrlə min adam düşür daxıla!
kimdəsə görüb çönüb bizə baxırlar
açıq gizlin qapılar, beyinə zibili soxurlar!
vətəndaş!

[nəqərat]
həm tənqid et, həm ol tənqidə davamlı
dəyişdir dəqiqədə havanı
təmizlə beynini davamlı
xüsusən bu zamanda
vacib düşünən, dəliqanlı cavanlar!

həm+həm tənqid et, həm ol tənqidə davamlı
dəyişdir dəqiqədə havanı
təmizlə beynini davamlı
xüsusən, bu zamanda
vacib düşünən, dəliqanlı cavanlar!

[keçid]
yaxın gəl, hə, yaxın dur, yaxın otur!
yaxın gəl, de, yaxın dur, yaxın otur!
yaxın gəl, hə, yaxın ol, yaxın otur!
dinləyib düşünməyin + əsas məqsədim budur!
yaxın gəl, hə, yaxın dur, yaxın otur!
yaxın gəl, dur, yaxın gəl, yaxın otur!
yaxın dur, hə, yaxın gəl, yaxın otur!
dinləyib düşünməyin + əsas məqsədim budur!
[sonluq]
çoxdan oyun gedir geopolitik
məkanında “post+sovyetik”
klassikadan tolstoy itir
dənizin dibinə kreyser “moskva“ enir
buçada əsgəri qəssab + bu, məzhəbidir!

ssenari eyni, yaz qoy bir kənarına beyinin
“işğalçı neyniyir?“
zəbt et, qətl et, qopar, et qarət
imperiya üçün qanı bahasına ticarətdir bu!



Random Lyrics

HOT LYRICS

Loading...