vəfa şərifova - bağışlamaq qutardı lyrics
(bənd)
çətindir sevə biləm çətin ki bağlanam
qorxuram təzədən mən alovlarda yanam mən
hisslərimlə oynadın günahdır insanam mən
oyuncağmı sanmısan yoxsa bir əşya məni
(nəqarət)
elədi dəli divanə bu eşq bu sevda məni
bu günü düşünmədinmi qoyanda tənha məni
bağışlamaq kutardı unutdum artıq səni
bu sevginin günahı ya səni tutar ya məni
(nəqarət)
elədi dəli divanə bu eşq bu sevda məni
bu günü düşünmədinmi qoyanda tənha məni
bağışlamaq kutardı unutdum artıq səni
bu sevdanın bəlası ya səni tutar ya məni
(bənd)
ayrı qalmamaq üçün yalvarırdım allaha
çünki mən öz sevgimi həmişə tutmuşam baha
qırdığın bu qəlb səni bağışlamaz bir daha
inan ki çox yoruldum yordu bu dünya məni
(bənd)
peşman olub bir daha qədrimi sən bilərsən
bağışlamaq isdəyib yenə qayıdıb gələrsən
səni mənim qədər heç kim sevməyəcək görərsən
mən səni çox sevmişəm unutma əsla məni
(bənd)
bu yerdə sevgimizi mən bitirmək isdəməzdim
hər nə olsa bu həddə gətirməy isdəməzdim
bilirsən səni heç vaxt itirməy istəməzdim
yalan danışa danışa sən bitirdin amma məni
Random Lyrics
- alexa sotelo - cada noche es buena (dinero) lyrics
- gui di ogum - oyá impetuosa lyrics
- the blue hearts - 君のため (kimi no tame) lyrics
- kai september - respect lyrics
- jauz & franky nuts - there for u (mixed) lyrics
- the kid unknøwn - føund lyrics
- pashella - ultimatum lyrics
- heidi montag - scandalous (acapella) lyrics
- nolitouchy - i luv vamp lyrics
- pink sapphire - dear my best friend lyrics