vagif mustafazadeh - şıltaq qız (günayım) lyrics
[bənd 1]
gör nə şıltaqdır günayım
tez küsər, tez də barışar
gah bir nəğməyə dönər o
bəzən od olar, alışar
gör nə şıltaqdır günayım
tez küsər, tez də barışar
gah bir nəğməyə dönər o
bəzən od olar, alışar
[nəqərat]
çöllər boyu günay qaçar
günay gülər, güllər açar
kəpənəklə qoşa uçar
dəcəl günay
yağar çölə gülüşləri
özü gözəl, nazı şirin
dəcəl günay, gözəl günay
[bənd 2]
nə tez böyüdü, boy atdı
uzandı boyu günayın
qız nişanlanıb bu bahar
olacaq toyu günayın
nə tez böyüdü, boy atdı
uzandı boyu günayın
qız nişanlanıb bu bahar
olacaq toyu günayın
[nəqərat]
çöllər boyu günay qaçar
günay gülər, güllər açar
kəpənəklə qoşa uçar
dəcəl günay…
yağar çölə gülüşləri
özü gözəl, nazı şirin
dəcəl günay, gözəl günay
gör nə şıltaqdır günayım…
gör nə şıltaqdır günayım…
gör nə şıltaqdır günayım…
Random Lyrics
- streex - happier lyrics
- jerry garcia band - mystery train lyrics
- genworld - g a l a x i a n lyrics
- copter4016882 - diamond dust lyrics
- nsj mali - inner me lyrics
- d wavy - opposite lyrics
- jerry garcia & david grisman - friend of the devil lyrics
- tyler cohen - what you want lyrics
- die ärzte - abends skanken lyrics
- santino le saint - one more night lyrics