
vedad [az] - bəxtiyaram mən lyrics
[bənd 1]
ömrün payızında sevdim, sevildim
elə bilirəm ki, ilk baharam mən
arxanca sürünən kölgənəm sənin
harda qərar tutsan, orda varam mən
[keçid]
başımı qoyaram gündə yüz kərə
bir yol ayağını qoyduğun yerə
eşqindir ucaldan məni göylərə
bu eşqin gücünə minnətdaram mən
[nəqərat]
özün bir aləmsən, eşqin bir aləm
sən olan könüldə nə kədər, nə qəm?
sənsiz bu dünyanın ən bədbəxtiyəm
səninlə dünyada bəxtiyaram mən
özün bir aləmsən, eşqin bir aləm
sən olan könüldə nə kədər, nə qəm?
sənsiz bu dünyanın ən bədbəxtiyəm
səninlə dünyada bəxtiyaram mən
(like that!)
[bənd 2]
sevgiyə hədd qoymaq, düzü, günahdır
cahilin hər işi, sözü günahdır
eşqi günah saymaq özü günahdır
kim deyir eşqimdə günahkaram mən?!
[keçid]
başımı qoyaram gündə yüz kərə
bir yol ayağını qoyduğun yerə
eşqindir ucaldan məni göylərə
bu eşqin gücünə minnətdaram mən
[nəqərat]
özün bir aləmsən, eşqin bir aləm
sən olan könüldə nə kədər, nə qəm?
sənsiz bu dünyanın ən bədbəxtiyəm
səninlə dünyada bəxtiyaram mən
özün bir aləmsən, eşqin bir aləm
sən olan könüldə nə kədər, nə qəm?
sənsiz bu dünyanın ən bədbəxtiyəm
özün bir aləmsən, eşqin bir aləm
sən olan könüldə nə kədər, nə qəm?
sənsiz bu dünyanın ən bədbəxtiyəm
səninlə dünyada bəxtiyaram mən
(like that!)
Random Lyrics
- l1r1k_boss - смурное небо(gloomy sky) lyrics
- lunchbox - feel things lyrics
- wism - podio lyrics
- tokyo project - god only knows lyrics
- matisse - mon frelon lyrics
- owlfred - не такая (not like that) lyrics
- desssdemona - pluggg lyrics
- posseshot - westside mentality lyrics
- victor ray - it only cost everything lyrics
- tiago iorc - zangadinha lyrics