azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vüqar əbdülov - azərbaycan diyarım lyrics

Loading...

badi kubə adlanan qədim şəhər
səni alır qoynuna mavi xəzər
şəhərlər arasında çox mötəbər
tarixi bir sərvətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

gələnlər görürlər, cənnətdir bakı
görənlər deyirlər: “cənnətdir bakı”
sevənlər oxuyur, cənnətdir bakı
cənnətdir bakı
gələnlər görürlər, cənnətdir bakı
görənlər deyirlər: “cənnətdir bakı”
sevənlər oxuyur, cənnətdir bakı
cənnətdir bakı

qax, zaqatala, balakən – yanbayan
yaz gəlincə gözəlləşir anbaan
cəmaəti şirindilli, mehriban
şirin, şəkər şərbətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

şəki, şəki – igidlər oylağı
şəki, şəki – ömrümün növrağı
şəki, şəki – igidlər oylağı
şəki, şəki – ömrümün növrağı

lerik və yardımlı, talış dağları
masallının sərin, saf bulaqları
astarada gözəl limon bağları
tanrı verən nemətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

nanədir, reyhandır, hirdir lənkəran
qoynu qucaq+qucaq güldür lənkəran
rastdır, çahargahdır, şurdur lənkəran
gör nə yaraşıqdır, nurdur lənkəran
hər qarışın bizə əzizdir, vətən
tovuzla xanlar, gədəbəy, daşkəsən
şəmkirimdə çoxdur igid, nər, ərən
dağ vüqarlı qüvvətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

şəmkirçay yurdumun ilki, əzəli
burada qələm çalmış təbiət əli
məndən inciməsin ellər gözəli
bu gözəl torpağa igidlər gəlib

şəmkirçay yurdumun ilki, əzəli
burada qələm çalmış təbiət əli
məndən inciməsin ellər gözəli
bu gözəl torpağa igidlər gəlib

əvvəl adı olub həştərxanbazar
irandan tacirlər edərmiş güzar
keç kür çayın, salyan, sonra biləsuvar
cənubla ünsiyyətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

qolum, qanadım – cəlilabad
arzum, muradım – cəlilabad
ey mənim ana diyarım
cəlilabad, ay cəlilabad
qolum, qanadım – cəlilabad
arzum, muradım – cəlilabad
ey mənim ana diyarım
cəlilabad, ay cəlilabad

ağsuda, ağdaşda böyük çal+çağır
bu bölgələr şirvana şərqdən baxır
göyçayımdan igid oğullar çıxır
xəzinəmiz, zinətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

dadlıdır şirin narı
yaşıldır çinarları
çox sevir dostu, yarı
təmizdir etibarı
yaraşıqlı göyçayın
yaraşıqlı göyçayın
yaraşıqlı göyçayın
yaraşıqlı göyçayın

bir tamaşa qusarla, xaçmaz, xudad
səfalı nabranda gözəl bağ+bağat
yayda, xüsusilə, xoş keçir həyat
behiştimiz, cənnətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

bir yanın şahdağı, bir yanın xəzər
meyvəli bağların ormana bənzər
səhər şəfəqləri üstünü bəzər
sən belə deyildin əzəl, ay quba
nə qədər gözəlsən, gözəl, ay quba
sən belə deyildin əzəl, ay quba
nə qədər gözəlsən, gözəl, ay quba

səndən alıb ilhamı gəldik sözə
nəsimini sən çıxartmısan üzə
seyid əzim, sabiri verdin bizə
sən sözümüz, söhbətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

mehr salmışam, axı
heyran olmuşam, axı
qüvvət almışam, axı!
şamaxı, ay şamaxı!

mehr salmışam, axı
heyran olmuşam, axı
qüvvət almışam, axı!
şamaxı, ay şamaxı!

arazboyu, culfa, şərur bölgəsi
əshabi+kəhf, möminə xatun türbəsi
üstümüzdədir dahilər kölgəsi
yenilməyən qüdrətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

ey könül mülkünün barı, naxçıvan
ellərin sevgili yarı, naxçıvan
ey könül mülkünün barı, naxçıvan
ellərin sevgili, belə, yarı, naxçıvan

qubadlı, zəngilan, laçın, xocalı
xankəndi, ağdam, kəlbəcər mahalı
şuşa xalqımızın dərdi, məlalı
nisgilimiz, həsrətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

bu çəmənlərdə gəzir vaqifin şux gözəli
bu çəmənlərdə gəzir vaqifin şux gözəli
ruhunu buradan alıb natəvanın qəzəli
ruhunu buradan alıb natəvanın qəzəli

anadır arzularım hər zaman qarabağ
danışan dil+dodağım, tar, kaman – qarabağ
qarabağ, can, qarabağ – ana yurdum

anadır arzularım hər zaman qarabağ
danışan dil+dodağım, tar, kaman – qarabağ
qarabağ, can, qarabağ – ana yurdum, ax
qarabağ, can, qarabağ – ana yurdum

yevlax – yurdumuzun gözəl sahəsi
hacıkənd sanki cənnət guşəsi
nizami türbəsi, imamzadəsi
pir, ocaq, kəramətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

göygöl sənin can sirdaşındır
kəpəz sənin qan qardaşındır
sən bahar donlusan, gözəl gəncəmiz
işıqlısan, nurlusan, gözəl gəncəmiz
sən bahar donlusan, gözəl gəncəmiz, ah
işıqlısan, nurlusan, gözəl gəncəmiz

sən mənə candan da əzizsən, canım
üçrəngli enməyən bayraq, ad, sanım
odlar yurdu, şanlı azərbaycanım
öz müstəqil dövlətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim
öz müstəqil dövlətimizsən bizim
sən şanımız, şöhrətimizsən bizim

çöllərindir şən, hər yerin gülşən
sən nə gözəlsən, ey ana vətən
çöllərindir şən, hər yerin gülşən
sən nə gözəlsən, ey ana vətən

bağdır, əkindir hər bir bucağın
qızıl təkindir sənin torpağın
bağdır, əkindir hər bir bucağın
qızıl təkindir sənin torpağın

azərbaycan, azərbaycan
azərbaycan, azərbaycan
azərbaycan, azərbaycan
yaşa, yaşa, azərbaycan!



Random Lyrics

HOT LYRICS

Loading...