azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

vüsal hacıyev - yarpaqlar titrəsə lyrics

Loading...

[bənd 1]
sən mənim ömrümdə bir sevinc payı
mən sənin ömründə bir sevinc payı
sən mənim gözlərimin nəmli harayı, harayı
mən sənin könlünün qəmli harayı

sən mənim ömrümdə bir sevinc payı
mən sənin ömründə bir sevinc payı
sən mənim gözlərimin nəmli harayı, harayı
mən sənin könlünün qəmli harayı

[keçid]
durmuşuq, aramız tək bircə addım
əlimi uzatsam, əlinə dəyər
bu bircə addımı mən necə, necə atım?
sən məndən uzaqsan dünyalar qədər

[nəqərat]
yarpaqlar titrəsə, bil ki, səsimdir
sənə pıçıldaram: “var ol, var ol, əzizim”
sənin var olmağın mənim bəsimdir
elə varlığınçün sağ ol, əzizim

yarpaqlar titrəsə, bil ki, səsimdir
sənə pıçıldaram: “var ol, var ol, əzizim”
sənin var olmağın mənim bəsimdir
elə varlığınçün sağ ol, əzizim
[bənd 2]
gör necə yaxınıq, gör necə uzaq
doğmayıq, gərəyik yerlə göy kimi
bu da bir ömürdür, gərək, biz yaşayaq
ayrı yaransaq da yerlə göy kimi

gör necə yaxınıq, gör necə uzaq
doğmayıq, gərəyik yerlə göy kimi
bu da bir ömürdür, gərək, biz yaşayaq
ayrı yaransaq da yerlə göy kimi

[keçid]
durmuşuq, aramız tək bircə addım
əlimi uzatsam, əlinə dəyər
bu bircə addımı mən necə, necə atım?
sən məndən uzaqsan dünyalar qədər

[nəqərat]
yarpaqlar titrəsə, bil ki, səsimdir
sənə pıçıldaram: “var ol, var ol, əzizim”
sənin var olmağın mənim bəsimdir
elə varlığınçün sağ ol, əzizim

yarpaqlar titrəsə, bil ki, səsimdir
sənə pıçıldaram: “var ol, var ol, əzizim”
sənin var olmağın mənim bəsimdir
elə varlığınçün sağ ol, əzizim
bil ki, səsimdir
sənə pıçıldaram: “var ol, var ol, əzizim”
sənin var olmağın mənim bəsimdir
elə varlığınçün sağ ol, əzizim
elə varlığınçün sağ ol, əzizim



Random Lyrics

HOT LYRICS

Loading...