
vüsal hacıyev - yorğunam lyrics
[bənd 1]
başımın üstündə
pərvanələr rəqs edir
başıboş deyiləm
sənə namələr yazmışam
musiqini qoş, deyirəm
[keçid]
mənə elə baxma, bilirəm, gözüm axır
amma sərxoş deyiləm
[nəqərat]
yorğunam
şair deyiləm, amma
mən sənə vurğunam
sən bir zinətsən, mən də soyğunam
ən zərif bir duyğun var
ona uyğunam
amma yorğunam
yorğunam
[bənd 2]
dünya dağılsın, ya da dağılmasın
mənə nə fərqi?!
məni elə süzmə, şairin
səndən başqa nə dərdi?!
səndən sevgi görməsəm
olar məndəki hisslər didərgin
zaman dayansın
sənə baxım doyunca
çatır dünyaya ərkim
sənə namələr yazmışam
musiqini qoş, deyirəm
[keçid]
mənə elə baxma, bilirəm, gözüm axır
amma sərxoş deyiləm
[nəqərat]
yorğunam
şair deyiləm, amma
mən sənə vurğunam
sən bir zinətsən, mən də soyğunam
ən zərif bir duyğun var
ona uyğunam
amma yorğunam
yorğunam
Random Lyrics
- jackson watson - no place like home lyrics
- welay - девочка ждала (the girl was waiting) lyrics
- sasha nice - loin de tes failles lyrics
- валерия (valeriya) - притяжение (attraction) lyrics
- nkeeei - untitled lyrics
- cyrus d rapking - mom’s prayer lyrics
- walter etc. - victims of integrity lyrics
- zoza - insistira lyrics
- milton bolonha - oração do dia lyrics
- chac - spazzing lyrics