
xanım ismayılqızı & nel [aze] - mənə bir az göy bağışla lyrics
[bənd 1]
mənə bir az göy bağışla
oralarda uça bilim
ayaqlarım yorulanda
vücudumdan qaça bilim
mənə bir az yer bağışla
ürəyin üstündə durum
zamanımın saatını
çevirib tərsinə qurum
[keçid]
mənə bir az ay bağışla
gecədən aşağı olsun
hər gün doğulsun dünyaya
ruhumun uşağı olsun
[nəqərat]
mənə bir az göy bağışla
oraya qısıla bilim
ayaqlarım yorulanda
havadan asıla bilim
mənə bir az göy bağışla
oraya qısıla bilim
ayaqlarım yorulanda
havadan asıla bilim
[bənd 2]
mənə bir az gün bağışla
günəşi üzünə çəksin
gəldiyimi, getdiyimi
o günün izinə çəksin
mənə bir az söz bağışla
bitdiyi yeri olmasın
elə gəlsin, elə getsin
ölümü diri olmasın
[keçid]
mənə bir az ay bağışla
gecədən aşağı olsun
hər gün doğulsun dünyaya
ruhumun uşağı olsun
[nəqərat]
mənə bir az göy bağışla
oraya qısıla bilim
ayaqlarım yorulanda
havadan asıla bilim
mənə bir az göy bağışla
oraya qısıla bilim
ayaqlarım yorulanda
havadan asıla bilim
ayaqlarım yorulanda
havadan asıla bilim
[çıxış]
mənə bir az göy bağışla
Random Lyrics
- jensen keets - settle down lyrics
- blazin'daniel - ego lyrics
- max raabe - liebling lyrics
- lothario - black hair lyrics
- fult - no cash lyrics
- jana alayra - absolutely nothin' lyrics
- kiryu (visual kei) - kagee no karasu (影絵ノ鴉) lyrics
- faithless - yes i want it too lyrics
- saturday night live - fully naked in new york lyrics
- sonyae - funeral lyrics