
xatirə islam - gecdir daha lyrics
gecdir daha lyrics
[bənd 1]
yadındamı, onda dünya gözəl idi?
o məhəbbət hər sevgidən əzəl idi
keçdi şirin çağlar, soldu yaşıl bağlar
xatirələr ağlar, gecdir daha
keçdi şirin çağlar, soldu yaşıl bağlar
xatirələr ağlar, gecdir daha
[bənd 2]
yadındamı, o məhəbbət dəniz idi?
o duyğular hər duyğudan təmiz idi
soyuq yellər əsdi, illər yolumu kəsdi
xatırladıq bəsdir, gecdir daha
soyuq ellər əsdi, illər yolumu kəsdi
xatırladıq bəsdir, gecdir daha
[nəqərat]
o arzular sənsiz heçdir daha
o günlərə dönmək gecdir daha
xatirələr nə istəyir bizdən?
olan oldu bizə, keçdi daha
o arzular sənsiz heçdir daha
o günlərə dönmək gecdir daha
xatirələr nə istəyir bizdən?
olan oldu bizə, keçdi daha
[bənd 3]
xatirələr çağırsa da, hara gedim?
yadındamı, mən səninlə xoşbəxt idim?
olan oldu keçdi, bu xəyallar heçdir
bir də sevmək gecdir, gecdir daha
olan oldu keçdi, bu xəyallar heçdir
bir də sevmək gecdir, gecdir daha
[nəqərat]
o arzular sənsiz heçdir daha
o günlərə dönmək gecdir daha
xatirələr nə istəyir bizdən?
olan oldu bizə, keçdi daha
o arzular sənsiz heçdir daha
o günlərə dönmək gecdir daha
xatirələr nə istəyir bizdən?
olan oldu bizə, keçdi daha
Random Lyrics
- sada baby - bop stick lyrics
- tempo - van a ver lo que es muerte lyrics
- rough-escape - limits lyrics
- veerus - boîte noire lyrics
- lil hulk - ganondorf lyrics
- murrumur - bliss lyrics
- the homeless gospel choir - lest we forget lyrics
- kwon ki baek (권기백) - if you see kwon ki baek (권기백을 보면) lyrics
- aaron carter - she just wanna ride lyrics
- heirloom (us) - pass me not lyrics