yap10 - ağ ölüm lyrics
[bənd 1]
uzundur gecələr, dalanda vaxt
mən həmin gün halalı da harama da qatdım
həyatımda heç kim qalmazkən
mən sevinərəm, inan ki, qalanda mal
ağ ölümüm elə mənim damarıma axır
uzun+uzadı xəyala dalanda sal
bir də dostlar olmaz ki dar anda, bax
iynəni damarıma salanda, ah!
yanında qızlar falan da var
həqiqət acı gələr, yalan da bal
bir də pul bitər həyatda, paran da, bax
görürsən son andayam
n’olar?! həyata gəlim başdan
peşmanam üzülərək əlim başda
uzaq durur hamı bu əyin+başdan
elə “bitdi!” deyərkən dərim qaşınar
[nəqarət]
bezmişəm, amma geriyə yox ki yol
ağrılarımı ertələmək lazım
ağrılarıma dözməyə razı
başlamaq çətin, mən buna hazır
bezmişəm, amma geriyə yox ki yol
ağrılarımı ertələmək lazım
ağrılarıma dözməyə razı
başlamaq çətin, mən buna hazır
[keçid]
mən bunu bacararam!
mən bunu bacararam!
sən bunu bacararsan!
sən bunu bacararsan!
sən bunu bacararsan!
sən bunu, sən bunu, huh!
sən bunu bacararsan!
sən bunu bacararsan, skrt, skrt!
sən bunu bacararsan, skrt, skrt!
sən bunu bacararsan!
[bənd 2]
“dost” dediklərinin hamısını bu gün tanıdın
dürüstü axmaqdır, təklədilər bu gün səni
amma sən onlardan daha üstün
amma səni tək qoydu qardaşın
ağızda qan, gözünün, bax, üstü partlaq
zəif olmadığını bakıya qışqır
ağlaya+ağlaya “dağüstü park”dan
zamanı burax, “n+gga”, qıraqda bax
gəl bunun həllini bir axtaraq
“n+gga”, əlavə vaxt verməz həyat
oğlan olmayan bilməz həya
sən yıxılma, dur, bir də peşman olma
göstər səninlə düşmən olmaq necə bir şeydir
şahidi olsunlar, qalibsən, bir şübhən olmasın!
ver sinə bərk, sən inan o yaradana, əksi də şərik
bərk ol, sonra bərk vur
sənə sadaladıqlarımın, inan ki, ikisi də şərt
hə, bir daha da tərini də sil
əsəb beyindən qəlbimə pis
tək qalanda oldunuz əlbir siz
bu dəfə olmaz sizlərə
[çıxış]
bezmişəm, amma geriyə yox ki yol
ağrılarımı ertələmək lazım
ağrılarıma dözməyə razı
başlamaq çətin, mən buna hazır
bezmişəm, amma geriyə yox ki yol
ağrılarımı ertələmək lazım
ağrılarıma dözməyə razı
başlamaq çətin, mən buna hazır
bezmişəm, amma geriyə yox ki yol
ağrılarımı ertələmək lazım
ağrılarıma dözməyə razı
başlamaq çətin, mən buna hazır
Random Lyrics
- musso - kein gedanke lyrics
- vybz kartel - bicycle (radio mix) lyrics
- original gros bonnet - ballade lyrics
- umc - sweet dreams (metal version) lyrics
- amandla - respectable lyrics
- hermanos de sangre - corazón de ceniza lyrics
- tyler richardson - you captivate us lyrics
- matt mays - city of lakes (live) lyrics
- hanniboll becker - renasce lyrics
- klassy - inside out lyrics