yap10 - gəl, ey səhər lyrics
[bənd 1]
birdən biriləri olar qatil
səhvən müsəlman edər batil
gözü yolda qalana xatir
nə olar bir az tələs, gəl, ey səhər!
şər qüvvələr də birdən ölsün
işıqlar birdən sönsün
qapıya atılan körpəni kimsə görsün, bir az tələs, gəl ey səhər!
necə qəribədir bax, gecə ağlarıq, göz yaşını qurudar külək səhər!
gecədə edilən günahlarımızı bizim yazar gizlincə mələk səhər
günorta xətrivə dəydim, xoş sözümü əsirgəməzdim gərək səhər
gecə ilə oturmuşuq bu gün, günəşi də götür gəl, ey səhər
ya da gəlmə səhər!
ata, ananın qulağı eşitməsin şəhid olub oğlu
varlıdan yalan eşidilir, amma nəinki kasıbdan doğru
yalan sorğular!
niyə qorxub yoluxuruq? ağzımız bağlı boğuluruq, ürəyim solğun
gün doğmadan nə qədər günahsız körpə fahişənin bətnindən doğulur
[polad bülbüloğlu]
o gözlər kimi
hər tərəf qara
bu yollar səni
aparır hara
[bənd 2]
yaşamdan kim bezər axı?
həyat mübarizədir, gizlə silahı
bu gün ağır olarıq, ertəsi fağır
nöqtə qoy, başlasın bir təzə nağıl
bərk ol! sən axı həmişə təksən
dostun azdır, səni dəyişəcəklər
olarkən əsəbimiz ən pik həddə
paxıllara uğurlar səmimi qəlbdən
döşüvə döymə, göylə getmə, öymə özünü yaradanın önündə kövrəksən
tez gəl özüvə, tövbə öyrən, elə budur bizi bəladan qoruyan, ayıbımızı örtən
istəməzdim ki, böyümək, köhnələrlə görüşək, körpə vaxtım, dön gəl
azdırar şöhrət, görkəm
oxumaq yox, istədim bədənimə döymə
[polad bülbüloğlu]
o gözlər kimi
hər tərəf qara
bu yollar səni
aparır hara
Random Lyrics
- hiraeth ph - worst enemy lyrics
- big boy gang - just like magic lyrics
- 1mill - 38 lyrics
- circolo vizioso - bimba lyrics
- digreen - shine lyrics
- rammstein - amerika (rmx by olsen involtini) lyrics
- chuddy k - make-up love lyrics
- sensei! (rapper) - iridescent lyrics
- drahdiwaberl - spinaterer lyrics
- kofi jamar - the come up freestyle lyrics