
zaur əmiraslanov - harada qalmısan lyrics
[bənd 1]
mənim saçlarıma daha dən düşür
gəl, öyrən dərdimi, gör nədən düşür?
aylar gəlib keçir, illər ötüşür
səni gözləyirəm, harda qalmısan?
bu ocaq sönübdür, qalıbdır külü
nəfəsim təntiyir, canım bürkülü
əllərim qoynumda boynu bükülü
səni gözləyirəm, harda qalmısan?
[nəqərat]
başıma bir bəla olmasın sevgi
amandır, gül kimi solmasın sevgi!
həsrətin buzunu əridəcək ki
səni gözləyirəm, harda qalmısan?
[bənd 2]
təzədən yuxumu gözümə qaytar
bu eşqin odunu közümə qaytar
sən mənim özümü özümə qaytar
səni gözləyirəm, harda qalmısan?
qayıt gəl yanıma sən gülə + gülə
yanar ürəyimə bir az su çilə
sənə qurban olum, ay qaragilə
səni gözləyirəm, harda qalmısan?
[nəqərat]
başıma bir bəla olmasın sevgi
amandır, gül kimi solmasın sevgi!
həsrətin buzunu əridəcək ki
səni gözləyirəm, harda qalmısan?
başıma bir bəla olmasın sevgi
amandır, gül kimi solmasın sevgi!
həsrətin buzunu əridəcək ki
səni gözləyirəm, harda qalmısan?
Random Lyrics
- 緑仙(ryushen) - 夜明けまで (yoake made) lyrics
- t'swan - 'field legend lyrics
- yavid - picasso on stevenson lyrics
- dax - ptsd lyrics
- alcatrazz - grace of god lyrics
- theja - if i was with you lyrics
- rota active - köpek balığı lyrics
- tove styrke - start walking lyrics
- every time i die - the whip lyrics
- cryptic ministry - never-ending massacre lyrics