zemine rehimova - iki könül görüşəndə/hamıdan gözəl mənəm/yaylıq (popurri) lyrics
[bənd 1]
dalğalansın çaylar daşa
qönçə güllər saçaqlaşa
yarpaqlar da pıçıldaşa
bülbüllə gül görüşəndə
bülbüllə gül görüşəndə
yarpaq düşər, xəzan olar
süzgün baxış gözəl olar
yar da gülər, gözəl olar
iki könül görüşəndə, görüşəndə
yar da gülər, gözəl olar
iki könül görüşəndə, görüşəndə
[nəqərat]
eyvana çıx, məni dinlə
nəğmə deyək gəl səninlə
qız bəyənib qəlb sevəndə
günah deyil görüşəndə
günah deyil görüşəndə
yarpaq düşər, xəzan olar
süzgün baxış gözəl olar
yar da gülər, gözəl olar
iki könül görüşəndə, görüşəndə
yar da gülər, gözəl olar
iki könül görüşəndə, görüşəndə
[bənd 2]
açdı gül, gül oyandı
hər tərəf al boyandı
dərdimdən neçə oğlan
yanar oda qalandı
açdı gül, gül oyandı
hər tərəf al boyandı
dərdimdən neçə oğlan
yanar oda qalandı
[nəqərat]
mən güləm, gül üzüm
yarım, heç zaman solmaz
mənim kimi gözəli
belə sevməmək olmaz
mən güləm, gül üzüm
yarım, heç zaman solmaz
mənim kimi gözəli
belə sevməmək olmaz
[bənd 3]
deyirlər, hər kəsin öz sevgisi var
qoşa yaranmışdır əzəldən onlar
ömrüm+günüm keçir
haradadır yarım, a balam?
[nəqərat]
onu bircə dəfə görə biləydim
ona ürəyimi verə biləydim
onu bircə dəfə görə biləydim
ona ürəyimi verə biləydim
verə biləydim, biləydim, biləydim
[bənd 4]
mən aşiqəm, zirəsən
zəfəransan, zirəsən
o günə qurban olum
sən qapıdan girəsən
[nəqərat]
qoy gülüm gəlsin, ay nənə
qoy yarım gəlsin, ay nənə
qapıda duran oğlana
rəhmin gəlsin, nənə
qoy gülüm gəlsin, ay nənə
qoy yarım gəlsin, ay nənə
qapıda duran oğlana
rəhmin gəlsin, nənə
[bənd 5]
anamdan bir yaylıq aldım
heç bilmirəm, harada saldım
səndədirsə, ver yaylığı
[nəqərat]
yaylıq salar ayrılığı
gözəl oğlan, ver yaylığı
yaylıq salar, a balam, ayrılığı
gözəl oğlan, ver yaylığı
[bənd 6]
əsdi çinar yarpağı
nəğmə dedi küləklər
dindi qızın dodağı
bir döyündü ürəklər
ürəyimi vermişəm
şahid oldu telləri
bəlkə, yuxu görmüşəm
əlimdə idi əlləri
[nəqərat]
gəldi ömrümün gənclik illəri
ah, nə şadam mən
baxın həsrətlə indi gəlirəm
mən ilk görüşdən
[bənd 7]
bakılı qız, paytaxtımın gözəlisən
öz qəlbimin, öz bəxtimin gözəlisən
bakılı qız, paytaxtımın gözəlisən
öz qəlbimin, öz bəxtimin gözəlisən
[keçid]
suları yara+yara buruqlara gedəndə sən
oyanır qızıl güllər sənin şirin gülüşündən
[nəqərat]
sevirəm səni mən, bakılı qız
alagözlü yar, şən bakılı qız
sevirəm səni mən, bakılı qız
alagözlü yar, şən bakılı qız
sevirəm səni mən, bakılı qız
alagözlü yar, şən bakılı qız
sevirəm səni mən, bakılı qız
alagözlü yar, şən bakılı qız
alagözlü yar, şən bakılı qız
Random Lyrics
- 太陽とシスコムーン (taiyou to ciscomoon) - versus lyrics
- magrudergrind - heaviest bombing lyrics
- lucinda williams - let it be lyrics
- death dlx - no peace lyrics
- whey jennings - 10 day run lyrics
- baunty kid - hell a hoop lyrics
- 13k (svk) - biely zajac lyrics
- gedz - family guy lyrics
- zewei - ⛯brainstorm⛯ lyrics
- rane music - we rush for blood lyrics