azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

a4 – orxan – #cyphervenom lyrics

Loading...

[ a4 : verse 1 ]
yenə birik reçpospolita kimi
seç paslanmış beyin həkimin
“bez kraska” rep, nasdan ilham alıb
trek yazıram, “back” basıram
хейтеров всех посылаю

bu bir rus deyimi, maykda bruce wayne
plus xeyli mc, style qruz veyrmir
buzdur eyni, edir tormoz beyni
qur “tape” ya da ki sus may be

bu həyat dərsi, bax bayat terzim

gəl sayaq hərisi, məni köhnə ərsəyə
gələn parçaların, punch at ağir
mərmi kimi et reqibi qan çanağı

qanjub-ssız rap, amma qan jurrasic

park kimi dangerous, ”
k!lla bees” burda sizi sancir haa (zzz)
məsləhətdir yan durasız, çəkilib qaldın ha sus

[ şehsan : verse 2 ]

hiphopun yüksək eqosu bizdə ədəbi bədii bəstələr bu
qədimi təbii bir rap neçəsi boşa yaranmış dəstələrdi
üzərlər və düzərlər kəlləsin sonra süzərlər
ölkə xəstə bir düzəngahdı nə qədər bağır düzəm mən
elə bil neynir deyinən yenə bir eyni verse-ü dilində çeynir
diri bir biliməm elməm hələ mən dilini bilməm amma fame-ə meylim
eynən, hərə bir heybə qoltuğunda gəzir rapdə
deyirəm çeynə tüpür rhyme-ı sonra yenə də çəkil qeybə
eynşteyn beyni, qafiyələr bir arx kimi
oğurluyub olun thomas harvey
vəzifəm prometey-lə eyni (yunan tanrısı)
hiphopun məşəlini yayıram indi
yaylım atəşi açılıb durmaq bilmir ey
xoş bir meh və xoş bir mey

[ sabbat : verse 3 ]

bir – iki ! qoşul hiphop dərsinə
biggi mühazirə deyir mic’da fərz elə
mənim flow’larım bitən müddət ərzində
çevirəcəm bildiyin flow fizikasını tərsinə

dilim bilimi bilir
biri kimini, kimi kimliyini itirir
pis qəlibdədi fikirim
cin gəlir çəkilin
diri – diri
əridərik de kimi

özü bir pox deyil, amma ustadı pox
üslubun “qustarı” çox
üsulun küncü və bucağı yox
ya rap elə ya s—-r uzatma çox !

filmin sonunda nolur deyim
dərd doyumlu,həyat oyundu
(yeah !) qələmi qoyur deyir
bu quincy blood (war) və mən soul king !

[ kapral : verse 4 ]

nə qədər boş adam var,çoxu burda veyillənir
cıraraq qeydlərin,örtürəm eyiblərin
vüsal düşün yığacaqsan indi hara meyidləri
bizlə battle edən intihara meyillənir

sürürsən hara qatarı bu yolda qana batarığ
taparıq ara qatanı,üstünə darağ atarıq
buralar xaraba qalıb,ustada farağat hanı (a4)
bu zərbə təmiz qoldu,şübhən varsa var’a baxarıq

hiphopu qovuruq biz hara gedir qaçana qədər
olma qaçaraq hədər,qaçar haçana qədər
qonşun ac olur hələ,səndə tac olur hədəf
hələ ki,burdayıq qapıları açana qədər

check this out bu qədər netdi sound
flowum 7 saat gedir get diss at
22 tanımırsuz oynuyun dendi zad
rep kütləmiz deyil bizim “детский сад”

[ f-souljah : verse 5 ]

son zamanlar bilmirəm niyəsə gərginəm
hər maarifləndirici sərgidən və dərgidən
bil ki,daha dəyərlidi bu işim kim ki dərk edər
heç səngimədən gəldik didərgin repin həllinə

fərli dördlük yazım pozum çün budur rolum
fərqi görmür qoyun onsuz nə olur olsun
hər tip sözlük gətir oxu qavra ki,bunu
fərid möhür sonda qoyur və bitir oyun

bizə 1 addım atana atarıq biz 5 addım
a4 azrepin zevsi f-souljah isə herakl
bu rep axınında ancaq sevgidən yazanlar
mike qoyun yerə sizə lazım olan təkcə vibrator

irdəliyirəm keçirib filtrimdən
nə olsun bakıda müstəqiləm həyatım endirimdə
pullar kimin cibinə gedir bilinməz bizə pay minnətlə verilir illərdi
öz ölkəmizdə yaşıyırıq qara millət kimi



Random Lyrics

HOT LYRICS

Loading...