azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ahmed mustafayev – heç kəsi sənintək lyrics

Loading...

[bənd 1]
gülüm, xəbərsizsən mənim qəlbimdən
heç kəsi sənintək sevməmişəm mən
bu can xəstə düşüb sənin dərdindən
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən

sən mənim sevgimə vermədin dəyər
bir dəfə sevirəm, dedimmi məgər!?
gözlərim kor olsun yalansa əgər
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən
[bənd 2]
gözəlim, qəlbimə salmışdım səni
bir az da olsa sevmədin yəni?!
nə üçün başa düşmürsən məni?
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən

sanki tənha quşam mən dar qafəsdə
ölsəm gələrsənmi qəbrimin üstə?!
bunu deyəcəm lap son nəfəsdə
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən
heç kəsi sənintək sevməmişəm mən



Random Lyrics

HOT LYRICS

Loading...