ahmed mustafayev – pula bağlıdır lyrics
[bənd 1]
bir hikmət çaşdırıb məni dünyada
çox şey cəmiyyətdə pula bağlıdır
ədəb + ərkan darda çatmır imdada
mərifət də, hörmət də pula bağlıdır
sağlam başla bu dünyaya gəlmək
insantək yaşamaq, gülmək
hər şeydən zövq alıb, sevib – sevilmək
eşqi – məhəbbət də pula bağlıdır
[nəqərat]
pula bağlıdır
pula bağlıdır
mərifət də, hörmət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
indi məhəbbət də pula bağlıdır
[bənd 2]
pul, pul, pul, hamı ona qul
qul gəlir, qul gedir əgər yoxsa pul
pul, pul, pul, hamı ona qul
qul gəlir, qul gedir əgər yoxsa pul
haqq söz varlınındır kim nə desə də
gecəni gündüzə qatar istəsə
haqqı nahaq edib salır məhbəsə
işıq da, zülmət də pula bağlıdır
puldan şöhrət tapır əyri də, düz də
odur ki, durmayır dünya bir tərzdə
insan ölümündən bu yer üzündə
qopsa qiyamət də pula bağlıdır
[nəqərat]
pula bağlıdır
pula bağlıdır
işıq da, zülmət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
sevgi də, nifrət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
işıq da, zülmət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
sevgi də, nifrət də pula bağlıdır
[bənd 3]
gör necə qüvvədir puldakı hikmət!
dünyanın məhvinə tapıbdır fürsət
elm, mədəniyyət, sənət, siyasət
sözdəki qüdrət də pula bağlıdır
əhməd, görürsənmi indi hər yerdə
min qırğın silahı kəşf olur gündə?
oyunlar oynanır bu yer üzündə
aşkar da, xəlvət də pula bağlıdır
[nəqərat]
pula bağlıdır
pula bağlıdır
sözdəki qüdrət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
aşkar da, xəlvət də pula bağlıdır
[keçid]
həyat ağırdır, çətin ağrıdır
indi məhəbbət də pula bağlıdır
həyat ağırdır, çətin ağrıdır
indi məhəbbət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
işıq da, zülmət də pula bağlıdır
pula bağlıdır
pula bağlıdır
sevgi də, nifrət də pula bağlıdır
pula bağlıdır
Random Lyrics
- love ghost – king of loneliness lyrics
- cheat codes, lee brice & lindsay ell – how do you love lyrics
- kristine – the danger (mitch murder remix) lyrics
- jeff the motivator & lnoda – let me in your life lyrics
- craic boi mental – why do da real always die? (michael collins tribute) lyrics
- crymes – ix. madrugada lyrics
- fraank (фраанк) – кома (coma) lyrics
- george henrique & rodrigo – vai lá em casa hoje lyrics
- lonepsi – la couleur de tes yeux lyrics
- penelope zales – markiplier lyrics