azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ahmed mustafayev – səssiz-səmirsiz lyrics

Loading...

[bənd 1]
qəribə bir külək məni oyadıb
gəlirəm əlimi sənə uzadıb
təbiət bizləri qoşa yaradıb
sən böyük bir sahil, mən coşqun dəniz
nə desən, baş üstə, səssiz+səmirsiz!
nə desən, baş üstə, səssiz+səmirsiz!

[bənd 2]
istədim ayrılım bu çağlarımdan
getsin eşq havası qulaqlarımdan
gördüm yaş süzülür yanaqlarımdan
bildim hara getsəm, qalacaq bu iz
nə desən, baş üstə, səssiz+səmirsiz!
nə desən, baş üstə, səssiz+səmirsiz!
[bənd 3]
sevgilim, nə olar dinmə, danışma
açıb həqiqəti, yanma, alışma
bu yol hara gedir, məndən soruşma
bu sual o qədər qəlizdir, qəliz
nə desən, baş üstə, səssiz+səmirsiz!
nə desən, baş üstə, səssiz+səmirsiz!

nə desən, baş üstə, səssiz+səmirsiz!
nə desən, baş üstə, səssiz+səmirsiz!



Random Lyrics

HOT LYRICS

Loading...