akif islamzadə – deyərmi lyrics
[bənd 1]
quşlar bağça, bağa girməkdən qabaq
bağbana elçilər heç göndərərmi?
bənövşələr dağda boynun bükəndə
dumana elçilər heç göndərərmi?
[keçid]
göy çəmənə yağış yağanda səhər
‘’otlara, güllərə yağım’’ deyərmi?
ay işığı al yanağa düşəndə
‘’qara gözlərinə baxım’’ deyərmi?
[nəqərat]
deyərmi, deyərmi?
‘’qara gözlərinə baxım’’ deyərmi?
deyərmi, balam, deyərmi?
‘’qara gözlərinə baxım’’ deyərmi?
[bənd 2]
qışı əridəndə hər yanda günəş
‘’gəlim, ya gəlməyim’’ soruşmaz bahar
çiçək nəfəsiylə, körpə səsiylə
‘’gülüm, ya gülməyim’’ soruşmaz bahar
[keçid]
göy çəmənə yağış yağanda səhər
‘’otlara, güllərə yağım’’ deyərmi?
ay işığı al yanağa düşəndə
‘’qara gözlərinə baxım’’ deyərmi?
[nəqərat]
deyərmi, deyərmi?
‘’qara gözlərinə baxım’’ deyərmi?
deyərmi, balam, deyərmi?
‘’qara gözlərinə baxım’’ deyərmi?
Random Lyrics
- the country side of harmonica sam – more habit than desire lyrics
- ph0ton – tricky rasputin in the box lyrics
- cinexfilo – raperos hispanoenteros lyrics
- dissy & asadjohn – push lyrics
- mimosa alexis – literature lyrics
- surge – sins lyrics
- jojo lafrance jr – i am music lyrics
- słodziak – gbs lyrics
- oxni – je suis à moi lyrics
- will haven – harvesting our burdens lyrics