arzu əliyeva – oğlum lyrics
[bənd 1]
körpəlik qoxunu duyuram hələ
necə də tez keçdi bu illər, oğlum
mənim üçün körpəsən, böyüsən belə
ötsə də ömürdən fəsillər, oğlum
sevgini qəlbimdən nə güc, nə qüvvə
silə bilməz ki heç bir ömür, oğlum
olsa da məskənin uca bir zirvə
mənim üçün heç uzaq deyildir, oğlum
[nəqərat]
oğlum, əzizim, sönməz sevgim, sözüm, nəfəsim
oğlum, əzizim, qəlbin heç bir zaman kədər görməsin
oğlum, əzizim, sönməz sevgim, sözüm, nəfəsim
oğlum, əzizim, qəlbin heç bir zaman kədər görməsin
[keçid]
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
[bənd 2]
mənə yaşam verən böyük qüvvəsən
nəfəsin ruhuma güc verir, oğlum
igidim, qürurum, güvənim sənsən
baxışın xoşbəxtlik gətirir, oğlum
toxunmaz ki bu dünyanın qəm+qüssəsi
bu həyat səninlə gözəldir, oğlum
bəşər yaşadıqca ana sevgisi
bütün sevgilərdən əzəldir, oğlum
[nəqərat]
oğlum, əzizim, sönməz sevgim, sözüm, nəfəsim
oğlum, əzizim, qəlbin heç bir zaman kədər görməsin
oğlum, əzizim, sönməz sevgim, sözüm, nəfəsim
oğlum, əzizim, qəlbin heç bir zaman kədər görməsin
[çıxış]
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
qanımdan qan, canımdan cansan
bu dünya bir yana, sən bir yanasan
oğlum, əzizim, nəfəsim…
Random Lyrics
- rudy (mtc) – let the night lyrics
- vance gilbert – ’round midnight lyrics
- tjuvjakt – jimmy two times lyrics
- ded6 – counter attack lyrics
- roblucci – coeur de lion lyrics
- mistah lefty – mr. mistah lyrics
- blackout problems – glofs lyrics
- lil uzi vert – wyd (persona) lyrics
- dylan conrique – never change lyrics
- dream caster – spin the bottle lyrics