azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aslixan – dərs olsun lyrics

Loading...

[nəqərat] [aslixan]
sözü deyərəm elə sakitcə
mən qışqırmadan da səs olsun
düşün ki, bura bir köhnə məktəb
mən müəlliməm, repim sizə dərs olsun

ala, dərs olsun, dərs olsun
dərs olsun, sizə dərs olsun
ala dərs olsun, dərs olsun
mən müəlliməm, repim sizə dərs olsun

[bənd 1] [aslixan]
bu dəfə hoppanmayın, qaldırın əlləri göyə
ki, əsl “oldschool”dur bu belə lap ritminə qədər
kim deyir “rep ölübdür”, gərəkdir “trap” eləmək?
bax indi məni seçib “azrap”, bu dəfə də hit mənə düşər

qafiyəm qulaqdan vurur, sözüm su, bulaqdan duru
olsun tək işim rep, qazanım bunlardan pulu
ya da mənə yalandan durub soxmayın “fake” pulları
bilirəm sizləri bir+bir, günorta acından durur

yalandan “cool” görünən “ego”nuza dözməmişəm
eynən bakı kimisiniz siz, üzdən göstərişə
və mənim hər işimə mız qoyun, bəyənməyin
halbuki varsa əgər vicdanınız, nəyəm bilir
onsuz açıq+aşkar görünür kim kimdir
necə də paxılsan e, üzündə kin bilinir
deyirsən, “necə oldu bəs bu qədər uğur ard+arda?”
sadəcə, pis vərdişə dedim ki, sən qal dalda

o vaxt pis əhatə və mən də zəhərlənmişəm
baxanda güzgümə gördüm ki, özüm gözümdən düşürəm
dedim ki, olmaz belə, baxmalıyam ayıq gözlə
bəlkə də, səbəb budur ki, sənətimi salır gözdən

ona görə başladım ilk özümdən düzəldim özümü
dedim ki, mən insanam, var iradə, var dözümüm
nə qədər ayıqsan, işin inanma tərs olsun
elə bir nümunə ol ki, azrap+ə dərs olsun”

[nəqərat] [aslixan]
sözü deyərəm elə sakitcə
mən qışqırmadan da səs olsun
düşün ki, bura bir köhnə məktəb
mən müəlliməm, repim sizə dərs olsun

ala, dərs olsun, dərs olsun
dərs olsun, sizə dərs olsun
ala dərs olsun, dərs olsun
mən müəlliməm, repim sizə dərs olsun
[bənd 2] [noton]
yo! efirlər çox çağırdı bizi, biz rep sevirdik
10 minlik təklifləri aslixanla geri çevirdik
bizi konsertə tək qoyanlar bu gün bəs nə istəyir?
dünənə qədər dəstək olmayan qapımda dəstək istəyir

futbolumuz əvəz eləyib 20 ildir multifilmləri
aztv+də dəyişən heç nə yox, sp+ce+də hind filmləri
şəbnəm tovuzluya reytinq verin, “hype” vaxtıdır
amerika doğrudan da avropanın paytaxtıdır

ilanla ilanlar yatır altında həmin o başların
gedib də çayxanaya qızıl edəcəm domino daşların
sən yat… vaxtınızı qızıla döndərin
ermənini uçurtmağa silah əvəzinə “rizla” göndərin

klubda neçə daydayın oğlunu nəşəli gördüm
mən repi qıza, qızı da qızıla dəyişəni gördüm, hə!
məqsədiniz düz yaşayıb, düz ölməkdir?
noton pis obrazdır, aslixanda pis örnəkdir!

[nəqərat] [aslixan]
sözü deyərəm elə sakitcə
mən qışqırmadan da səs olsun
düşün ki, bura bir köhnə məktəb
mən müəlliməm, repim sizə dərs olsun
ala, dərs olsun, dərs olsun
dərs olsun, sizə dərs olsun
ala dərs olsun, dərs olsun
mən müəlliməm, repim sizə dərs olsun
rap’im sizə dərs olsun



Random Lyrics

HOT LYRICS

Loading...