azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aslixan – gec deyil lyrics

Loading...

[nəqərat] [hiss]
yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün bir yol var

[bənd 1]
dostların gözünün önündə bir+bir ölüb gedirlər
qurtara bilər inan ki, ən azı həyatı bu rep
kosmosa uçmaq daha rahatdır, rezerv edirlər
şəhərin kassalarında 10 manata vip bilet

oyan, dostum, həyatın yarıda bitmədən
25 yaşda beyin quruyur, çürüyür bədən
sənin gəlir üstündən ətir əvəzinə dərman, qan iyi
15 yaşlı uşaq indi kitabdan çox dərman tanıyır

neçə yaxşı əhatələrdən söküb də aldılar səni
xəyalını qurmadığın yüksəkliyə qaldırar səni
və bir gün qanadlarını tanrı qırıb tullayan zaman
de görüm kim olacaq axı, yıxıldıqda qaldıran səni?

rus ruleti oynayır o, həyatı ilə risk edəndir
ağrı hiss edən deyil, amma valideynləri hiss edəndir
heç vaxt qara atıb da öz həyatımı qaraltmadım
səni pis göstərən şey də güzgü deyil şüşədəndir
damarını iynələyib, bir bir+iki tüstü dartığın zaman
dünyadan uzaqlaşıb görmürsən qəribə halını
və bir də geriyə dönüb dünyana baxdığın zaman
görürsən ailən dağılıb, uşağın əlindən alınıb

[nəqərat] [hiss, noton]
yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün bir yol var

yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün, dost, bir yol var

yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün bir yol var

[bənd 2] [aslixan]
düşünürəm ki, sonum olarmı dəryanın kimi
bu tamam başqa tüstüdür, bu deyil qəlyanın kimi
bu elə bir həvəsdir ki, bil, məni ona tələsdirir
ağrım sümüyümədək, bunu bədəndə hər yanım bilir
görəsən səbəbi nə idi? narkodünya mahnısı idi nağılbazın?
məni də məhv eləyin, tez arxamda quyumu qazın
maqazin, xəbərlər, adıma ifşa
mənə də bir oyun qurun, bax elə bir oyun yazın

bilərək səhv eləyim
baxanda yaxşı görürdüm, bu zibil daha kimləri məhv eləyib?
deyinim hər bir gəncə
elə bir səhv eləyin ki, bacarıb sonunda siz öz özünüzü əhv eliyin

dənizdə boğularkən iradəm güc eyləməz
hər dalğada məhv elədim mən nə qədər hüceyrələr…
ona bağlanıb qərq oluram, deyəsən dəli oluram
mən dəli oluram…

[nəqərat] [hiss, noton]
yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün bir yol var

yıxılaraq getdiyin bu yol dar
məhv olur bu yolda milyonlar
heç nə üçün hələ gec deyil
həmişə çıxış üçün, dost, bir yol var



Random Lyrics

HOT LYRICS

Loading...