azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aslixan – ikimiz lyrics

Loading...

[nəqərat]
sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz

bir də, sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz

[bənd 1]
sən qol qanadım, hər dərdimə yaradın
çox axtarıb aradım ki, ürəyimdə var adın
bax marağım da var ki, səni yazıb dolur vərəqim
və qoy olsunlar bizə görə narahat, biz rahatıq…

çox rahatıq, bax bizə görə işləyir bu saatım
və onun da, bil qiyməti çox bahadır
düşün bir ara ki, bir adam sənə görə
düşünmədən, maşınından düşüb gəlir piyada…

çünki buna dəyər tək səni seçdim ki
gərək deyil heç biri, könlümdən keçmir…
gəl, həyatıma gəl, içəri keç, gir
bax burda sən və mən varıq, burda yoxdur heç kim
[nəqərat]
sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz

bir də, sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz

[bənd 2]
nə gözəl, olmaq sənin yanında
deyil qol işi bu, sanki başqa bir güc gəlir qanıma…
axtarıb tapdım səni, amma özümü yox
gözümü kor edirsən, dözümüm yox

denən ki, yat hələ də, durma, hələ vaxt deyil
yanında rahatam çox, oluram arxayın
işi boş ver, o boş vaxt aparır
pul qazanmağa da bir vaxt taparıq

tək səndə var sevginin hər növü
nəfsimi pis öyrədirsən, edirsən ərköyün
sənə qarşı gəlmək? bu mənim işim deyil, al
bədənim, həm ruhum sənindir, işini gör…
[nəqərat]
sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz

bir də, sən, mən, biz ikimiz
yəni hər kəs ağıllıdır, ən dəli biz
elə qalanda baş+başa biz ikimiz
bizi tərk edib gedir bu dərdlərimiz



Random Lyrics

HOT LYRICS

Loading...