aygün kazımova – daş atan bilirmi, nə günah eylər lyrics
sənə bir daş atar yerindən duran
səni sevdiklərin daşqalaq eylər
bir əlində daş var, birində quran
daş atan bilirmi nə günah eylər?!
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
silərsən gözündən axan yaşları
öpüb əzizlərsən sən o daşları
deyərsən: “var olun, qan qardaşlarım”
məni təzə daşa kim qonaq eylər?!
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
hər daş özü boyda köz olub yanar
cana damğa kimi basılıb yanar
qanlı yaraların qızarıb yanar
səni başdan başa çılçıraq eylər
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
bircə tilsimin var + sevgi tilsimi
kim qırar tanrıya bağlı bir simi?!
tanrı tanrıdırsa, öz elçisini
min bir daş altında yenə sağ eylər
tanrı tanrıdırsa, öz elçisini
min bir daş altında yenə sağ eylər
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
sən dözərsən ağrısına
daş dözməz, daş haray eylər
o daşlardan tanrı sənə
bir ev tikər, saray eylər…
bir ev tikər, saray eylər…
bir ev tikər, saray eylər…
saray eylər…
Random Lyrics
- oldcodex – deeply mind lyrics
- daizifyy – left me at your door lyrics
- ניצה ולחם – sohtim oti – סוחטים אותי – nitza ve’lechem lyrics
- mata – papuga lyrics
- culture kultür – the journey lyrics
- muruhuay – guide me lord of lyrics
- mario l25 – beware lyrics
- whereswilder – can’t fight lyrics
- innefable – tu silencio lyrics
- dark arena – destiny bridge lyrics