azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

aygün kazımova – novruz gəlib lyrics

Loading...

novruz gəlib yaz gəlib
bir əlində saz gəlib
bir əlində xoncası
açıb gülün qönçəsi

bülbülə avaz gəlib
novruz gəlib, yaz gəlib…

bülbülə avaz gəlib
novruz gəlib, yaz gəlib…

kosa səndə gəlsənə
gəlib salam versənə
o torbanı ver görək
yumurtalar rəngbərəng

hər biri can dərmanı
ver dolduraq torbanı…

hər biri can dərmanı
ver dolduraq torbanı…

novruza bax, yaza bax
o əriyən buza bax
sellər axır şırhaşır
çöllər olur yamyaşıl
ot bitir yemlik bitir
keçəl başa tük bitir…

ot bitir yemlik bitir
keçəl başa tük bitir…

keçəl başın yağlasın
dəsmal verək bağlasın
məclis quraq oynasın
çırdıq vuraq oynasın

əl çalaq alqışlayaq
bu məclisi başlayaq…

əl çalaq alqışlayaq
bu məclisi başlayaq…

novruz gəlib, yaz gəlib
bir əlində saz gəlib
bir əlində xoncası
açıb gülün qönçəsi

bülbülə avaz gəlib
novruz gəlib, yaz gəlib…

bülbülə avaz gəlib
novruz gəlib, yaz gəlib…



Random Lyrics

HOT LYRICS

Loading...