azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music – nahaq-haqq lyrics

Loading...

[bənd 1]
[badclause]
dəniz, sən özün bilirdin ki, yarım aldı sevgi özgə payından
dekabrım qara+qura, xatirəmdir yanvar ayından
mən eşqimin vəziri, xilafətim vicdan hayında
dedilər dilbərim gəlib, qonağdır şah sarayında

o qüsursuz mələkdir, xasiyyəti eybi qatır
oğuz elində gözəl saxlamışdı igidin atın
o elə bir qəzəldir ki, görən şair qələmi atır
mən onun haqda yazmışam deyə sevilir şeiriyyatım

[dəniz]
miri, aldatma özünü, dilbər, yar deyil
özgə atın minən, özgə yurda salar meyil
o gözəl dilbər, şaha xidmətdə durar
sənə lazım olan qız, sənin evində salar yer

bahəm gülmədinizsə, nəyinə gərək gülüşü onun?
bahəm gəzmədinizsə, qoy yerisin, yerişi onun
sənə oğuz elindən xəbər gətirən qaqaşa de ki
daha namə almıram, neynir eləsin, öz işi onun

[badclause]
amma məni anla, dəniz, ruh bədənimi təslim edib
məndən can elə gedir ki, sanki nəsimi dərisi gedir
düzünə düşündüyüm hər şey indi tərsə gedir
o dəfə qızla xəyal qurdum, uşağımız da dərsə gedir

gəl qopart kökünü güvəndiyim dar ağacın
mənə bir məhəbbət göstər, usanmadan yara qaçım
dərdi qəlbə yara açır, haram əğyara saçı
dedilər xəstələnmişəm, tək divanə yar əlacım

[dəniz]
lap divara ismini yaz, mətbəxdən şəklini as
bürün o alan şərfə gecəni, üfür, köksünə bas
… miri, ayıbdır, şairə yaraşmaz
onunla nə xəyal qur, nə də onun haqda şeir yaz

bilirsən niyə? axı, qış qara fəda
oxumuş şair olammaz, deməsək şeirə xəta
demirəm sevmə filan, demirəm sevmə ilan
sadəcə özümə rəva deyilsə, görmürəm sənə də rəva

[nəqərat]
[badclause]
salam can+la başlayan sevgi bitir əlvidayla
bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar
hamı bizi başa düşür, amma sən özünü hamı sayma
biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran

[dəniz]
salam can+la başlayan sevgi bitir əlvidayla
bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar
hamı bizi başa düşür, amma sən özünü hamı sayma
biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran

[bənd 2]
[badclause]
gözəlin eşqi gəlib yıxdı məni qəfildən
vacib məsləhət, məni yola döndər xəlvətində
uzağam afətimdən, xəbərsizəm hal+xətirdən
mən özüm özümə sığmıram heç, iki cahanı dar gətirmə

dəli şeytanım ağıllanıb, şərik dərdə bir
bu yollarımda mən səfil, amma qalmadı qiymət+qədir
ona yazdığım mahnılardadır şan+şöhrətim
və denən ki, yenə yaz, şair, yaz o eşqə dörd sətir

[dəniz]
ay şair, mən sənə nə deyim bundan artıq?
elə bil, eyni şəhərə gedən ayrı qatarlardayıq
sənə o cahan dar gəlirsə, deməli dardayıq
gec olmadan ayıl ki, bilək hardayıq

yaxşı, yaz, şair, sən yaz, amma ki, məncə kifayətdir
özün demişdin axı, o qız çəkir xəcalətin
ya rəbb, bəla gətir, qoy anlasın rəzaləti
görək ondan sonra, tərgidərmi miri bu pis adətin?

[badclause]
o yeddi notun qibləsidir, tükənməz ibadətim
istədin ki, tərgidim rədd eliyim pis adəti
dəniz, bilirsən ki, hər şeirim cəhalətim
musiqi də ki, yuxu kimidir, gözəl yerdə bitir mətn

yaşayır guya mənə görə, amma ölür özgə dərdinə
qayıtsın istəyərəm, qucaqlayım, öpüm yenə
qəlbim eşqə qul sayılar, dərdi qalar xətrimə
məsləhətin əmrin olar, silərəm o yarı xətrinə

[dəniz]
xətrimə deyil də, öz xətrinə et bunu
sənə ən pakı qismət olar, aqibət budur
dahi, kəs qolu, at, yazsa eşqin acı dilindən
o boğaza nəfəs vermə, nəfəsi kəs, qurut

yadda saxla, miri, cənnət+ü rizvan ötəndir
bu yurda xoşbəxtlik tapmadınsa dəyiş kəndi
bir də unutma ki, şair olan şeiri sevər
indi belə deyirsən, şair əhlin əqli dəyişkəndir

[nəqərat]
[badclause]
salam can+la başlayan sevgi bitir əlvidayla
bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar
hamı bizi başa düşür, amma sən özünü hamı sayma
biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran

[dəniz]
salam can+la başlayan sevgi bitir əlvidayla
bu elə bir şeirdir ki, afətin də qəlbi dayanar
hamı bizi başa düşür, amma sən özünü hamı sayma
biz ruhu təmiz bəndə, biz nahaqqı haqdan ayıran



Random Lyrics

HOT LYRICS

Loading...