azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

bahruz latifi – səni sevirəm mən lyrics

Loading...

əgər bir gün məndən soruşsalar, həyata yenidən gəlsən
milyonların içində kimə aşiq olub sevəcəksən?
bəli, var elə bir insan
bəli, o insanda yox nöqsan
bəli, o sanki mələkdir, o candır, o ürəkdir
tanıyıram onu mən məktəb illərindən
sentyabrın 1+də ilk gördüyümdə
bahar oyandı qəlbimdə, aşiq oldum o andan sənə
saçlarına, gözlərinə, gülüşünə, şirin sözlərinə
keçdi illər, o qız böyüdü, həyatımın mənası oldu
yalnızca sən, yalnızca mən, ikimiz bağlıyıq biz ürəkdən
harda olsan ol, ordayam mən, sən mənim leylim, məcnunam mən
yalnızca sən, yalnızca mən, sevgimiz yazılıb əzəldən
son nəfəsinə qədər bu ürək səni sevərək döyünəcək

səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən

gəl, gəl, gəl yaxına bax, o göydəki ulduz sənsən
həyatımın mənası sən, günlərimə rəng qatan sənsən
məhəbbəti anlatan sən
o nə edirsə, mənə xoşdur, onsuz mənim həyatım boşdur
sevgilim, canım, yoldaşım, günəşim, ayım, səhərim, gecəm, nəfəsim, sirdaşım
səndən əvvəl bunu hiss etmədim, heç görmədim, heç duymadım
sənin qədər heç kəsi sevmədim, bəyənmədim, heç bilmədim
bu mahnını sənin üçün bəslədim, xəyallarımda səni təsvir etdim
lakin, səni nə qədər təsvir etsəm də, sən daha da gözəlsən
daha da gözəlsən

yalnızca sən, yalnızca mən, ikimiz bağlıyıq biz ürəkdən
harda olsan ol, ordayam mən, sən mənim leylim, məcnunam mən
yalnızca sən, yalnızca mən, sevgimiz yazılıb əzəldən
son nəfəsinə qədər bu ürək səni sevərək döyünəcək
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən
səni sevirəm mən

onu bil ki, bütün dünya üzərimə gəlsə də + sadəcə sən
yer kürəsi geriyə dönsə də + sadəcə sən
bu gün mənim son günüm olsa da + sadəcə sən
həyata yenidən gəlsəm də + sadəcə sən



Random Lyrics

HOT LYRICS

Loading...