azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

brilliant dadaşova – əlvida, sevgilim lyrics

Loading...

[bənd 1]
əlvida, sevgilim, mən gedirəm
sabaha ümidlər bəsləmə
özüm də bilmirəm nə edirəm
sən məni bir daha səsləmə

səni mən bir daha görməsəm də
taleyin hökmü ilə barışma
geriyə, yanına dönməsəm də
mənsiz olmağına alışma

[nəqərat]
əlvida, sevgilim, gedirəm
həsrətin mənə vermir aman
yaşanmış günlərin nisgili
artacaq hər zaman
əlvida, sevgilim, gedirəm
körpüsüz sahilə dönmüşəm
kim bilir başına gələni?
bəxtimdən küsmüşəm

[bənd 2]
nigaran, nigaran baxışlarla
mən gedən yolları izləmə
taleyin vurduğu naxışlarla
bəzənmiş həyatı pisləmə

əlvida, sevgilim, mən gedirəm
kaş səninlə qalmaq olaydı!
səni yox, özümü tərk edirəm
kaş səninlə həyat dolaydı

[nəqərat]
əlvida, sevgilim, gedirəm
həsrətin mənə vermir aman
yaşanmış günlərin nisgili
artacaq hər zaman

əlvida, sevgilim, gedirəm
körpüsüz sahilə dönmüşəm
kim bilir başına gələni?
bəxtimdən küsmüşəm
əlvida, sevgilim, gedirəm
həsrətin mənə vermir aman
yaşanmış günlərin nisgili
artacaq hər zaman

əlvida, sevgilim, gedirəm
körpüsüz sahilə dönmüşəm
kim bilir başına gələni?
bəxtimdən küsmüşəm



Random Lyrics

HOT LYRICS

Loading...