azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

brilliant dadaşova – yaş o yaş deyil ki lyrics

Loading...

[bənd 1]
sən mənim ən əziz sirrim, istəyim
sən mənim ən acı həqiqətimsən
itmiş gəncliyimdən soraq gətirən
sən mənim sonuncu məhəbbətimsən

sən mənim ən əziz sirrim, istəyim
sən mənim ən acı həqiqətimsən
itmiş gəncliyimdən soraq gətirən
sən mənim sonuncu məhəbbətimsən

[nəqərat]
yaş o yaş deyil ki, yolunu kəsim
yaş o yaş deyil ki, səndən inciyim
təzədən başlayım, barışım, küsüm
on yeddi yaşında cavanlar kimi

yaş o yaş deyil ki, səni izləyim
hay, gəlib saatlarla vədə gözləyim
yaş o yaş deyil ki, heyif ki, heyif, heyif
yaş o yaş deyil, heyif, ey, yaş o yaş deyil

[bənd 2]
səni hər görəndə çaşıram, düzü
dilimi dişləyib demirəm sözü
özümü odlara toxuyum yenə
görənlər, bilənlər nə deyər mənə?
səni hər görəndə çaşıram, düzü
dilimi dişləyib demirəm sözü
özümü odlara toxuyum yenə
görənlər, bilənlər nə deyər mənə?

[nəqərat]
yaş o yaş deyil ki, yolunu kəsim
yaş o yaş deyil ki, sənə yalvarım
təzədən başlayım, barışım, küsüm
on yeddi yaşında cavanlar kimi

yaş o yaş deyil ki, səni izləyim
hay, gəlib saatlarla vədə gözləyim
yaş o yaş deyil ki, heyif ki, heyif, heyif
yaş o yaş deyil, heyif, ey, yaş o yaş deyil



Random Lyrics

HOT LYRICS

Loading...