azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

dərviş – söz tanrısı (explicit) lyrics

Loading...

[skit]
i know how to take your heart out
this is the real lesson now
real lesson now

[bənd 1]
flow, rhyme, punch birləşir üçü birində bu sanki isti nescafe
yaxşı qələmin sübutu bu, bəlkə çoxunun qaçacaq kefi
sona qədər qalmaz bu sürət, rahat ol, bir az dayan yerində daha da bərk
üzünü çevir mic’a nəsə de, deyəcəklərində yox bir qram gələcək
dəm ilə yo dəb ilə elə dəb belə, bəlkə həvəs verər repdə tərz belə hələ verir həzz, yenə belə bu deyil
elə belə hələ də repdə tələbə verər mən qələm əlinə
gəlirəm səbirlə kimlər gələr amma tələsə+tələsə
rep oyun deyil, amma çoxu gəlir həvəsə, punch və ya sürətlə girərəm ginnesə (ah!)
rep adlı sürət qatarından hələ düşməmişəm
yerin altı həqiqətlə dolu tv+də həqiqət görməmişəm
sözləri düz demişəm, nədənsə düz yadda qalmır həmişə
mən ritmlə yellədib eyni anda sözlərə ədəbi məna yükləyən dərvişəm

[nəqərat]
rep yellədir bizi, rep yellədir
bil, ölənə qədər rep bizlədir
rep səmadan yuxarı yerdədir
cənnətdəyəm, sanki rep əlimdədir

[bənd 2]
dəyişərəm dünyanı bir almayla, bg tək işim ancaq kitablarla
bu işi bacara bilməmək bənzəyir sanki musk kimi marsdan uzaq qalmaq
yazdığım sözlər puldan baha, bu 4 sətir bərabər yüz milyarda
əvvəl küçələrdən səs gəlirdi, eşidilir indi hündür binalardan
gözlərində katarakt ah, “light year” kimi keçirəm qarşıdan
punch və rhyme’ları önünə qoyub salat kimi bir+birinə qataram
kolleksiya yığsam, karyeranı 1 dollara satın alaram
mən sg+nin lideri, uduzdun böyrəyini çıxarıb qəbrini qazaram
ey, qorxma uşaq, axı bura deyil colonia dignidad
bu məndə sonradan deyil bu mənə verilən tanrıdan bir istedad
aman tanrım, bu məndə kifayət qədər, bir az da ver onlara
mən zirvədə deyiləm arzusu olanlara həmin zirvələri yaradan
lazım yaşıl lambo, milyon dollar alacam təkgözlü minionlar
çəkilib yoldan kənar dayan, çünki yerin yoxdur sənin bu oyunda
mən nəsimi kimi söz adamı, sənsə, dərimi soymağa çalışan qəddar
əlindən alıb xəncəri sənin dərini soyuram
[nəqərat]
rep yellədir bizi, rep yellədir
bil, ölənə qədər rep bizlədir
rep səmadan yuxarı yerdədir
cənnətdəyəm, sanki rep əlimdədir

[bənd 3]
siz sinəsinə döyə+döyə ortalıqda gəzən savadsız mister xəstələr
hər dəfə yaşayıb başqa dünya siz məhlədən çıxmayan yazıq əfəllər
mənim iradəm bərkdir poladdan, əyilməz qələmim, düşməz həvəsdən
üzərimə gələn böyük dalğalar qayaya çırpılıb məhv olur ilk zərbədən
mən ilk söz, ilk söz tanrı, bu gün içdən tanrı oldum
eşitdim nə qədər arzular və qəm içrə batan xəyaldan yoruldum
məni peyğəmbərə bənzədirdilər, mənsə, utanıb içdəki ehtirasdan
bacarsan əgər bir günlük mən ol bax güzgüdə əksinə qorxmadan dayan
peyda olur burda yeni manyak, sən yaşamalısan paranoya
sən pablo kimi gizlən, hiss et, amma bura medellin kolumbiya
sən yerində say ya da dayan, təsəvvür et rep bir okean
sən boğulursan ən dərində elə bil mariana, kömək etməyəcək heç maryam

[nəqərat]
rep yellədir bizi, rep yellədir
bil, ölənə qədər rep bizlədir
rep səmadan yuxarı yerdədir
cənnətdəyəm sanki, sanki, sa+sanki
[bənd 4]
hərdən əfsanə dolaşır ətrafda, deyirlər, guya repin qatiliyəm
tupac’ı yandırıb çəkən küllərdən doğan musiqinin rahibiyəm
səhnəyə yeni gəlib həyəcanlanan elvis kimi musiqinin tarixiyəm
söz bizimçün azadlıq əbədi olaraq azad bir şəhərin sakiniyəm (f+ck!)
sözün tanrısı mən
lələyim dən yeyir
hazır daim savaşa qan əvəzi söz gedir
heç vaxt itirdiklərinə görə peşman olma bunu həyat öyrədib
məndə fresh rap, sizin mətnlər hamısı köhnədir
yanaqları nəmli fərli yaza bilməyənin böyük dərdi olub pul+para
dərin girən nar çubuqlarını çıxarıb salmaq lazım indi kirli qulaqlara
sətirlərim dözmür təzyiqə, atıram üstünə qumbara
kimdə göz yaşı, kimdi yalvaran? siz mələk, mən də şeytanam
yenə mənə gəlib verir təbi ədəbi cəhəti ilə, yenə mənlə tən olmayan məni olmayan tələbələr
hələ belə edə bilən nə qədər irəli gedər, ömür hədər bu da məsləhət sənə məndən
və getdikcə beynimin ən dərin yerində başlayır şopenin ölüm marşı
son dəfə səmaya baxıb sən də kennedi tək çıxma qarşıma b+tch!



Random Lyrics

HOT LYRICS

Loading...