eyyub yaqubov – bağışla lyrics
[bənd 1]
yaz yağışlarına bağışla məni
dünya təmizlənsin yağış selində
gülən baxışlara bağışla məni
danışaq, dərdləşək yağış dilində
gecə ulduzlara bağışla məni
işığa bürünsün bu dünya özü
ulduzlar söz açsın bu sevgimizdən
sevincdən alışsın göylərin gözü
[nəqərat]
bağışla, nə olar, bağışla məni
dəli küləklərə bağışla məni
bir axşam qapını qəfil açaram
bağışla küləklərə məni
bağışla, nə olar, bağışla məni
mavi dənizlərə bağışla məni
dalğası, ləpəsi gözümə dolsun
bağışla dənizlərə məni
[bənd 2]
üfüqdə günəşə bağışla məni
ürəyim işığa, nura boyansın
güllü bağçalara bağışla məni
quşların səsiylə səhər oyansın
gecə ulduzlara bağışla məni
işığa bürünsün bu dünya özü
ulduzlar söz açsın bu sevgimizdən
sevincdən alışsın göylərin gözü
[nəqərat]
bağışla, nə olar, bağışla məni
dəli küləklərə bağışla məni
bir axşam qapını qəfil açaram
bağışla küləklərə məni
bağışla, nə olar, bağışla məni
mavi dənizlərə bağışla məni
dalğası, ləpəsi gözümə dolsun
bağışla dənizlərə…
bağışla, nə olar, bağışla məni
dəli küləklərə bağışla məni
bir axşam qapını qəfil açaram
bağışla küləklərə məni
bağışla, nə olar, bağışla məni
mavi dənizlərə bağışla məni
dalğası, ləpəsi gözümə dolsun
bağışla dənizlərə məni
Random Lyrics
- arthhur – no results lyrics
- adelasia – incubo perfetto lyrics
- laura van kaam – by my side lyrics
- omar apollo – personally lyrics
- сеня андронов (senja andronov) – ливни (rain) lyrics
- lil money official – get merry lyrics
- jordanlivingood – the money lyrics
- gerald synik mugwenhi – a travel guide for the broken lyrics
- johnny hallyday – deux amis pour un amour lyrics
- omar apollo – petrified lyrics