eyyub yaqubov – yağış istədim lyrics
[bənd 1]
bu gün mənim kimi dolmuşdu göylər
mən yağış istədim, yağmadı yağış
axdı ürəyimə gözümün yaşı
buludun gözündən çıxmadı yağış
baxıb gözlərimə, göylər ağladı
qarışdı bu yağış göz yaşlarıma
necə xoşbəxt idi yağan yağışlar
dönəndə çəmənin naxışlarına
[nəqərat]
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
götürdüm dünyanın hayın, harayın
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
yağdı gözlərimdən öz yağış payım
[bənd 2]
yağdı gözlərimə, yağdı bu yağış
ilahi, bu necə kövrək yağışdır?!
isindi həsrətdən sevdalı qəlbim
damla gözlərimə göylər yığışdı
baxıb gözlərimə, göylər ağladı
qarışdı bu yağış göz yaşlarıma
necə xoşbəxt idi yağan yağışlar
dönəndə çəmənin naxışlarına
[nəqərat]
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
götürdüm dünyanın hayın, harayın
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
yağdı gözlərimdən öz yağış payım
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
yağış istədim, yağış istədim
əl açıb göyə, yağış istədim
yağdı gözlərimdən öz yağış payım
Random Lyrics
- dany dauberson – il est là lyrics
- nicknames – go big or go home lyrics
- ajayydakid – th3 s4me lyrics
- yung dia – fucked up lyrics
- ichirō mizuki – shounen masked rider tai no uta lyrics
- moon tooth – alpha howl lyrics
- thomeboydontkill – 过山车 (guo shan che) lyrics
- miledi – jūra lyrics
- ozodbek nazarbekov – shaydo qilibsen lyrics
- radio supernova – kyyti lyrics