flora kərimova – unuda bilsəm lyrics
[bənd 1]
yenə göy üzünü alıb buludlar
özü boyda çətir olub buludlar
min dəfə boşalıb + dolub buludlar
bu yatmış bəxtimi oyada bilsəm…
[keçid]
o ötən günlərə qayıda bilsəm…
qayıda bilsəm…
bu yatmış bəxtimi oyada bilsəm…
o ötən günlərə qayıda bilsəm…
[nəqərat]
itib inamlarım, tükənib səbrim
dərdin yelkənini dərd üstə sərdim
varımı, yoxumu əlimdən verdim
nə ola, yolunu qayıra bilsəm, bilsəm!…
o ötən günlərə qayıda bilsəm, bilsəm…
[bənd 2]
yorğunluq bürüyüb cismi – canımı
dərd günə döndərib bircə anımı
az qalıb don vura gülüstanımı
nə ola, qəlbimdən çıxara bilsəm!…
o ötən günlərə qayıda bilsəm, qayıda bilsəm…
nə ola, qəlbimdən çıxara bilsəm!…
o ötən günlərə qayıda bilsəm…
[nəqərat]
itib inamlarım, tükənib səbrim
dərdin yelkənini dərd üstə sərdim
varımı, yoxumu əlimdən verdim
nə ola, yolunu qayıra bilsəm, bilsəm!…
o ötən günlərə qayıda bilsəm, bilsəm…
qayıda bilsəm, bilsəm…
Random Lyrics
- the warning – disciple lyrics
- influenza – reddito annuo lyrics
- king jase – not normal lyrics
- lyricalwarlock – losing sleep lyrics
- daniel donato – fourteen carat mind lyrics
- amy milner – a little more lyrics
- marco molteni – october was a waste of time lyrics
- waldjinah – dicodel lyrics
- plk – à la base lyrics
- franziska wiese – mirama lyrics