azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ftb 420 – havana lyrics

Loading...

[bənd 1]
bezdim dır+dırlardan
zamanı durdur
nə qədər bəhanələr vardırsa, başından uydur

düşünmədən bəlkə gedim marsa?
düşündüm ki, tək bu net ünvan
üzrlü say, bir biletim var

[nəqərat]
səndən daha çox gözləyir havana
sevgilim, məni bir az olsun anla
isti şokolad, isti vanna
sənsiz daha xoşbəxt keçir anlar
sevgilim, məni gözləyir havana
[bənd 2]
daha gəzib axtar kimisə
qəlbi qəddar birisən
toxunub hiss etmirsən
daha mənə yadlar kimisən

sevgimiz internet kimi yayılır, bir vaxt sən də demisən
amma söndürdün modemi sən

dediyin hər şey yanlış, dediyin heç nəyi danmırsan
bürclərə inanırsan, amma mənə niyə inanmırsan?
şək!llərini yandırsam
bəlkə rahat olar?

[nəqərat]
gözləyir havana
sevgilim, məni bir az olsun anla
isti şokolad, isti vanna
sənsiz daha xoşbəxt keçir anlar
sevgilim, məni gözləyir havana

[bənd 3]
esta cuenta no es correcta
tu negro pero luz directo
demə ki, başlayarıq başdan
əl sıxmaq, məncə, deyil razılaşmaq
səni dondursam, sonra beynində yaddaşı doldursam
belə düşünə bilərsən sondursa
öpüşləri yanağıma qondursan
yenə dolğunsan, mənə yazılırsan, amma çox vaxt keçmir pozulursan
zorlamayaq olmursa

[nəqərat]
səndən daha çox gözləyir havana
sevgilim, məni bir az olsun anla
isti şokolad, isti vanna
sənsiz daha xoşbəxt keçir anlar

səndən çox gözləyir havana
sevgilim, məni bir az olsun anla
isti şokalad, isti vanna
sənsiz daha xoşbəxt keçir anlar
sevgilim, məni gözləyir havana



Random Lyrics

HOT LYRICS

Loading...