azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

gülüstan əliyeva – durnalar lyrics

Loading...

[bənd 1]
durnalar uçmazdı, bilin, bu vaxtı
həzin nəğməsini oxuyur, keçir
avazı bir naxış ilmələridir
özü bildiyi tək toxuyur, keçir

nəğmə qəmgin – qəmgin
qərib – qəribdir
qəlbimdə bir həsrət
nəğməsi qalır
nədən, ulu tanrım
bu durnaların yolunu
başımın üstündən salır?

[keçid]
nə xəbər gətirib, aparır, allah
niyə vaxtsız uçur, görən, durnalar?
deyəsən, bir az da kədərləndilər
qanadın buluda gərən durnalar
deyəsən, bir az da kədərləndilər
qanadın buluda gərən durnalar

[nəqərat]
doğma yurdlarından yoxdur xəbərin
qəlbində bir həsrət, ağrı – acı var
bu qərib könlümün nə vaxtdan bəri
durna qatarına ehtiyacı var?
[bənd 2]
göylərə səs salan bu hay, bu haray
mənim də ruhumu göylərə çəkdi
vaxtsız uçub gedən durna qatarı
mənə bir xoş müjdə gətirəcəkdir

[nəqərat]
nə xəbər gətirib, aparır, allah
niyə vaxtsız uçur, görən, durnalar?
deyəsən, bir az da kədərləndilər
qanadın buluda gərən durnalar
deyəsən, bir az da kədərləndilər
qanadın buluda gərən durnalar
qanadın buluda gərən durnalar
durnalar…



Random Lyrics

HOT LYRICS

Loading...