azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

h.o.s.t. alliance – nağıl lyrics

Loading...

[nəqərat: qaraqan]
(biri var idi,biri yox idi)

bir gecə açdım pəncərəni mən
aşağıda qaçışan balaca insanlara baxdım
nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma

pərdəni rəqs edəndə gördüm küləklə
hər şeyi yenidən başlayaq
amma mən yorğun, amma sən kinli
amma yox o hisslər artıq həvəsdə
qapını üzümə örtüb, çıxdı otaqdan
qalmışam, yenə pəncərədən açılan mənzərə
məni uçmağa vadar etməsə, bu nəğmə oxunar

şəhərin sonsuz binalarının işıqları
gözümü qamaşdıran
soyuqdandırmı, şaxtadandırmı?
yanağıma tökülən ilıq yaşlar

[bənd 1: aid]
yenə yuxusuz, dolmuş gözlər qorxusuz
qaranlıq otaqda tək qalmışam
yenə göz yaşı yağışla birgə darıxır qucaqsız

yarpaqlar ağacda üsyan edəcək payızı hasara almağa
yox meyil, yox güman, yox həvəs indi qəfəsdən uçmağa
yenə donmuş qanadlar…

pəncərə, dörd divar, bir də mən
hansı fəsildir bilmirəm
dibçəkdə də solacaq bir gecə qızılgül
solsun qoy, dərmirəm

səni sevmirəm, ey uzun gecə
yuxumu qaytar geri, de necə?
deyəcəm sevgilimə ki, gecəni keçirtdim
gecəylə tək, baş+başa
yaşamaq istərsən, get tək yaşa, sən ayrı, mən ayrı
qalaq, indi çətin həyat, yox bu mövzu ağırdır
yuxusuz gecədə gözüm qaraldı

yerim isti, yorğ+n+ltı həyatım mənə çox şeyi öyrətdi
ilk kabusumu suya danışanda
dedim ki, əjdaha gözünü mənə bərəltdi

amma indi bu kabusum gülməlidir
yuxularsa bir işarədir
mələklər sevəcəm, butalar görəcəm
oyananda yenə səni seçəcəm

hər gün təkrarlanan yuxusuzluq xəstəlikdir sanki
mən pəncərə qarşısında yorğun
göyə baxıram, dilimdə suallar

[bənd 2: qaraqan]
soruşdum küləkdən, niyə belə əsirsən, hara tələsirsən?
dedi: mən buludlarımı susuz səhralara yağdırmağa gedirəm
soruşdum günəşdən: hanı sevgilin ay, niyə dalaşıbsınız?
dedi: biz bir yerdə olanda zülmət düşə bilər aləmə

mən ulduzlardan soruşdum: nazlı qızlar, parıltınız nədəndir?
dedilər: ağlamaqdan, kipriklərimizdəki yaşlardan
soruşdum quşlardan: məni özləriylə apararlarmı?
soruşdular: qanadların varmı? qaraqan, qanaqların varmı?
soruşdum dənizdən: niyə dalğaların gedib+gəlir?
dedi: tənhalıqdan darıxmamaqçün
özüm+özümə bu oyunu düşünmüşəm
soruşdum dağlardan: niyə zirvələriniz qarlı?
dedilər: uzun illər yaşadıq, bizdə qocaldıq, saçlarımız ağardı

soruşdum çaylardan: hara qaçırsınız, kimdən qorxursunuz ki?
dedilər: öldürdüyümüz qayaların ruhu bizi rahat buraxmır
soruşdum torpaqdan: niyə ölmüş insanları udursan ki?
dеdi: qisas alıram, məni alçaldıb tapdalayanlardan

[nəqərat: qaraqan]
bir gecə açdım pəncərəni mən
aşağıda qaçışan balaca insanlara baxdım
nəfəsimə çəkdim şaxta, ayazı, qışı gətirər otağıma

pərdəni rəqs edəndə gördüm küləklə
hər şeyi yеnidən başlayaq
amma mən yorğun, amma sən kinli
amma yox o hisslər artıq həvəsdə

qapını üzümə örtüb, çıxdı otaqdan
qalmışam, yenə pəncərədən açılan mənzərə
məni uçmağa vadar etməsə, bu nəğmə oxunar

şəhərin sonsuz binalarının işıqları
gözümü qamaşdıran
soyuqdandırmı, şaxtadandırmı?
yanağıma tökülən ilıq yaşlar



Random Lyrics

HOT LYRICS

Loading...