hikmət aslanov – ata lyrics
[bənd 1]
yoxluğun çəkibdir sinəmə bir dağ
mənəm yel ağzında titrəyən budaq
sənsiz, aman allah, bumbuzdur otaq
gözümdə üşüyüb məzarın, ata
sənsiz, aman allah, bumbuzdur otaq
gözümdə üşüyüb məzarın, ata
[nəqərat]
könlümdə yaralı nəğmə uyuyur
gözümün yaşını yağışlar yuyur
könlümdə yaralı nəğmə uyuyur
gözümün yaşını yağışlar yuyur
mənim dərdlərimi dərdlilər duyur
ən dərdli nəğməmi yazıram, ata
mənim dərdlərimi dərdlilər duyur
ən dərdli nəğməmi yazıram, ata
[keçid]
ata, ata, xəyallara döndü o çağlar, ata
ata, ata, ən dərdli nəğməmi yazıram, ata
[bənd 2]
adınla hey qoşa çəkilir adım
elə bil sınıbdır qolum, qanadım
sənli günlərimi necə oyadım
qayıtmaz bir daha baharım, ata
sənli günlərimi necə oyadım
qayıtmaz bir daha baharın, ata
[nəqərat]
könlümdə yaralı nəğmə uyuyur
gözümün yaşını yağışlar yuyur
könlümdə yaralı nəğmə uyuyur
gözümün yaşını yağışlar yuyur
mənim dərdlərimi dərdlilər duyur
ən dərdli nəğməmi yazıram, ata
mənim dərdlərimi dərdlilər duyur
ən dərdli nəğməmi yazıram, ata
[çıxış]
ata, ata, sənsiz qəribsəyib ocağın, ata
ata, ata, xəyallar döndü o çağlar, ata
ata, ata, ən dərdli nəğməmi yazıram, ata
Random Lyrics
- complex twinz – the merciless 2017 lyrics
- she was silver – remember me lyrics
- coach joey – story lyrics
- bubblegum octopus – acid wash lyrics
- babyhowl! – убил (killed) lyrics
- tosran – lienzo lyrics
- liana gregorio – kill bill – (cover) lyrics
- ak (@akvstw) – outta state remix lyrics
- ethanuno – find my way lyrics
- alwaysbesmile – hridoy rakhbo dhore poraner poran lyrics