azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

hort3ch – müəllimlər günü lyrics

Loading...

11a-dır qarşınızda,gəlib sizi təbrik etsin
son ilimiz,lakin heç kim istəmir burdan getsin
bu gün 5 oktyabr,hamımız səmimi qəlbdən
diləyirik qəlbinizdəki arzular həyata yetsin
inanın,incitsək də,dururlar qayğımızda
dəryada boğulsaq,hətta olarlar qayığımız da
son zəngin tez gəlməsini istəmirik,çünki
bilirik çətin olacaq sizdən ayrılmağımız da
heç nədən çəkinmədən deyə bilirik dərdimizi
biz pis olmayaq deyə gizlədirsiniz kədərinizi
şagirdlər üçün çox əzab-əziyyət çəkmisiniz
müəllim,utanmalıdır bilməyən sizin qədrinizi!
qazanılan hər uğur üçün müəllimə borcluyuq bu gün
çox əzizdir bizə dünyada,hörmətimiz var bu ada
o ulduzdur,nur saçan aydır,o bizlərə tanrıdan paydır
müəllimlər önündə həmən,baş əyərik hər vaxt ürəkdən
öyrətdiyi hər müdrik sözü bizə daim olub dayaq
çətin anda yanaraq özü,yolumuzda olub mayaq
biz bura gəlmişik, müəllim sevgisini ətrafa yayaq
biz bura gəlmişik, yaxşılıqlarınızı hamıya sayaq
siz – sanki gül buketi, ən gözəl dəstə
çətində olanda səadət xanım oldu bizə dəstək
bura sizin xoş gününüz üçün yığışmışıq
buna görə də ithaf olunur sizlərə bu nadir bəstə
əslində çoxdu,sığmaz rap-ə ürək sözlərimiz
istərik hər zaman üzərimizdə olsun gözləriniz
bu gün qonağımızsınız,minnətdarıq sizlərə
in şa allah şən və gözəl keçər gələcək günləriniz



Random Lyrics

HOT LYRICS

Loading...