ilqar muradov – biz niyə sevməyək bir-birimizi lyrics
[bənd 1]
yer göyü, dağ dağı, daş daşı sevdi
tanrı naxış vurdu, nəqqaşı sevdi
göz gözə boylandı, qaş qaşı sevdi
biz niyə sevməyək bir+birimizi?
göz gözə vuruldu, qaş qaşı sevdi
biz niyə sevməyək bir+birimizi?
[nəqərat]
yağış gözəllərin öpür üzünü
damla pıçıltıyla deyir sözünü
yağış gözəllərin öpür üzünü
damla pıçıltıyla deyir sözünü
şəlalə qayadan atır özünü
duman dağı sevir, dalğa dənizi
biz niyə sevməyək bir+birimizi?
duman dağı sevir, dalğa dənizi
biz niyə sevməyək bir+birimizi?
[bənd 2]
ulduzlar sayrışır, göz vurur aya
çeşmələr çağlayır, tökülür çaya
sevənlər gəlirsə hər gün dünyaya
biz niyə sevməyək bir+birimizi?
sevənlər yenidən gəlir dünyaya
biz niyə sevməyək bir+birimizi?
[nəqərat]
yağış gözəllərin öpür üzünü
damla pıçıltıyla deyir sözünü
yağış gözəllərin öpür üzünü
damla pıçıltıyla deyir sözünü
şəlalə qayadan atır özünü
duman dağı sevir, dalğa dənizi
biz niyə sevməyək bir+birimizi?
duman dağı sevir, dalğa dənizi
biz niyə sevməyək bir+birimizi?
duman dağı sevir, dalğa dənizi
biz niyə sevməyək bir+birimizi?
Random Lyrics
- steve sniff – nejdu spát lyrics
- zibex – polska 89′ lyrics
- syntember – daydreaming lyrics
- thorns (ngr) – hard [thorns tread flip] lyrics
- sixto rein & tenso beats – mójame lyrics
- mutiny amongst friends – huffin’ and puffin’ lyrics
- canções de tfm – doação de sangue lyrics
- peter maffay – einer muß gehen (live) lyrics
- sacky – unreleased lyrics
- flex z – tu recuerdo (part.link z) lyrics