ilqar muradov – gözəldir lyrics
[bənd 1]
bular çaya dönür, axır şırhaşır
sevdalı meşədə kim pıçıldaşır…
hər yanda möcüzə, xəyalım çaşır
aran da gözəldir, dağ da gözəldir
hər yanda möcüzə, xəyalım çaşır
aran da gözəldir, dağ da gözəldir
[nəqərat]
torpaqdan uzaqda, tozdan uzaqda
hərcayi, töhmətli sözdən uzaqda
qol+qola gəzməyə gözdən uzaqda
qol‐qola gəzməyə gözdən uzaqda
bağça da gözəldir, bağ da gözəldir
bağça da gözəldir, bağ da gözəldir
[bənd 2]
rəng verər gözəlin üzü, rəng alar
utanıb qızarar, dərddən saralar
binadan aybəniz, ya əsmər olar
qara da gözəldir, ağ da gözəldir
binadan aybəniz, ya əsmər olar
qara da gözəldir, ağ da gözəldir
qara da gözəldir, ağ da gözəldir
[nəqərat]
torpaqdan uzaqda, tozdan uzaqda
hərcayi, töhmətli sözdən uzaqda
qol+qola gəzməyə gözdən uzaqda
qol‐qola gəzməyə gözdən uzaqda
bağça da gözəldir, bağ da gözəldir
bağça da gözəldir, bağ da gözəldir
[bənd 3]
bir kəs ki, olubdur eşq avarəsi
sağalmaz qəlbini didən yarəsi
öldürər, dirildər, yoxdur çarəsi
ölən də gözəldir, sağ da gözəldir
öldürər, dirildər, yoxdur çarəsi
ölən də gözəldir, sağ da gözəldir
ölən də gözəldir, sağ da gözəldir
[nəqərat]
torpaqdan uzaqda, tozdan uzaqda
hərcayi, töhmətli sözdən uzaqda
qol+qola gəzməyə gözdən uzaqda
qol‐qola gəzməyə gözdən uzaqda
bağça da gözəldir, bağ da gözəldir
bağça da gözəldir, bağ da gözəldir
bağça da gözəldir…
bağ da gözəldir…
Random Lyrics
- black magick ss – endless hallucinations lyrics
- yoon jong shin – 굿모닝 (good morning) [live] lyrics
- clans – home is where the heartache, pt. 2 lyrics
- birch book – black is the color lyrics
- tim maia – rodésia lyrics
- sezgin alkan – unutama beni lyrics
- beatnik scat – ain’t going to jail lyrics
- stunny – walk in da club lyrics
- cabine c – lapso de tempo lyrics
- h1gh – люди-зомби (zombie people) lyrics