lalə məmmədova – ey insanlar lyrics
ey insanlar lyrics
[bənd 1]
ey insanlar, ey insanlar
həyatı gəlin sevək
dünya olsun başdan+başa
al şəfəq, nəğmə, çiçək
xoş sözümüz, saf andımız
dolaşsın diyar+diyar
sədaqətdən, məhəbbətdən
dünyada gözəl nə var?!
[nəqərat]
sədaqətdir andım, sədaqət
ey insanlar, birlikdədir qüvvət
əlimizlə bəzənsin
günəş olsun təbiət
sədaqətdir andım, sədaqət
[bənd 2]
qoca dağlar, uca dağlar
şirin sulu bulaqlar
yaşıl meşə, çiçəkli düz
könlümdə yuva bağlar
insanların övladıyam
insanların dostuyam
qarlı qışda günəş ollam
qızmar gündə saf suyam
[nəqərat]
sədaqətdir andım, sədaqət
ey insanlar, birlikdədir qüvvət
əlimizlə bəzənsin
günəş olsun təbiət
sədaqətdir andım, sədaqət
sədaqətdir andım, sədaqət
ey insanlar, birlikdədir qüvvət
əlimizlə bəzənsin
günəş olsun təbiət
sədaqətdir andım, sədaqət
sədaqət, sədaqət…
Random Lyrics
- sagan page – burning trucks. lyrics
- miel de montagne – c’est dur lyrics
- sekvens – försent att försöka lyrics
- ben auld – international space station lyrics
- martin smith – our eyes are on you lyrics
- ta-ace (malume wama 2.0) – umsuka lyrics
- isly – searching for lyrics
- dynastic – x2 dose lyrics
- reno divorce – ana lee lyrics
- chicasss – tú, solo tú lyrics