manana japaridze – keçən sevda lyrics
[bənd 1]
səndən qalan bu həsrəti ovuda bilmirəm
ürəyim qaçır dalınca, qayıda bilmirəm
şam kimi söndü o günlə, yanmaz bir daha
odlu bir sevda yaşandı, keçdi, dönməz bir daha
yanmaz bir daha…
dönməz bir daha…
[nəqərat]
hardan gəlib çıxdı tənhalıq yenə
hardan, nə oldu mənə?
bəlkə də bu sevdanı çox gördü yaradan
çox gördü mənə
ömrüm – günüm, özüm mənim
(həyatım bu sevgi)
fikrim, hissim sözüm mənim
[bənd 2]
nağıla dönən məhəbbət məni çağırır
yolumu kəsir bu həsrət, nəfəsi ağır
bir ömür rahat keçərmi ümid olmasa?
sevda gətirən durnalar uçur harasa
yanmaz bir daha…
dönməz bir daha…
[nəqərat]
hardan gəlib çıxdı tənhalıq yenə
hardan, nə oldu mənə?
bəlkə də bu sevdanı çox gördü yaradan
çox gördü mənə
ömrüm – günüm, özüm mənim
(həyatım bu sevgi)
fikrim, hissim sözüm mənim
hardan gəlib çıxdı tənhalıq yenə
hardan, nə oldu mənə?
bəlkə də bu sevdanı çox gördü yaradan
çox gördü mənə
ömrüm – günüm, özüm mənim
fikrim, hissim sözüm mənim
ömrüm – günüm, özüm mənim
fikrim, hissim sözüm mənim
Random Lyrics
- rowjay – planétaire lyrics
- melvins – edgar the elephant (acoustic) lyrics
- 宮野真守 (mamoru miyano) – milestone lyrics
- cathartic fall – with eyes open lyrics
- lil banjo – in the rain lyrics
- hầu bảnh – yêu quá vội vàng lyrics
- hasuglaani – prinsessa mekko ja clothier kuolee lyrics
- tresor – call me back lyrics
- jugglerz & disarstar – alles was wir kenn lyrics
- carolina ross – el amor de mi vida lyrics