miri yusif – bilmək olmaz lyrics
[bənd 1]
nəhayətsiz sahillərindəyəm
səndən uzaq, yenə səninləyəm
tək ürəyimdə min qəmimləyəm
niyə gəldik, niyə getdik?
bu kəlmələr sona bitdi
ürəkdəki dərin yara
səni arar, səndən umar
və dayanar
[nəqərat]
mən anladım ki, səhnələr heç nə verməz
mən nə varlı, nə də kasıb, bilmək olmaz
həyatımız çox tez keçər
birdən+birə köçər
çılpaq gəlib, çılpaq gedəcəyəm
[bənd 2]
səpələnmiş təqvimlərindəyəm
boz rəngində, həftə içindəyəm
mən ölmədən ölmüş içimdə mən
kör gözünə işıq saçan
daş qəlbinə nəğmə qoşan
ürəkdəki dərin yara
səni arar, səndən umar
və dayanar
[nəqərat]
mən anladım ki, səhnələr heç nə verməz
mən nə varlı, nə də kasıb, bilmək olmaz
həyatımız çox tez keçər
birdən+birə köçər
çılpaq gəlib, çılpaq gedəcəyəm
mən anladım ki, səhnələr heç nə verməz
mən nə varlı, nə də kasıb, bilmək olmaz
həyatımız çox tez keçər
birdən+birə köçər
çılpaq gəlib, çılpaq gedəcəyəm
Random Lyrics
- hunnyhunna – 007 lyrics
- ali elenor – mahoor lyrics
- wegz-kr – wegz – msh fair | ويجز – مش فير lyrics
- x38times – freestyle 4 lyrics
- jay browne – find a topic lyrics
- d. floyd – when we outside lyrics
- matty beats – skyline lyrics
- mating ritual – tell me you don’t love me lyrics
- potter payper – wing cleaner lyrics
- gallo – my luv lyrics